Milli Məclis: "Bu məlumat həqiqətə uyğun deyil" - TƏKZİB

Milli Məclis: "Bu məlumat həqiqətə uyğun deyil" - TƏKZİB

Bu gün bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında “uşaqpulu” məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlar yayımlanıb. Qeyd olunur ki, guya bir müddət əvvəl Milli Məclisin sədri Sahibə Qafarova “uşaq pulu”nun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupun yaradılması barədə göstəriş verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq bildiririk ki, ictimaiyyətə təqdim edilən bu məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə