Yapon maliyyə institutlarının dəstəyi ilə icra etdiyimiz iki mühüm layihə enerji təhlükəsizliyimizə böyük töhfədir - Prezident İlham Əliyev

Yapon maliyyə institutlarının dəstəyi ilə icra etdiyimiz iki mühüm layihə enerji təhlükəsizliyimizə böyük töhfədir - Prezident İlham Əliyev

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib. SİA-nın verdiyi məlumata görə, Prezident İlham Əliyevin görüşdəki çıxışında Yaponiya hökumətinə müxtəlif layihələrə maliyyə dəstəyi göstərdiyinə görə minnətdarıq edib.

Prezident bildirib ki, Yapon banklarının və maliyyə institutlarının maliyyə dəstəyi ilə biz enerji infrastrukturumuzun iki mühüm layihəsini icra etdik: "İki elektrik stansiyası, sınaq stansiyaları, “Şimal-1” və Şimal-2-nin ümumi gücü 800 meqavata yaxındır. Əlbəttə ki, bu, bizim enerji təhlükəsizliyimizə böyük töhfədir. Biz yapon şirkətlərinin burada çalışdığına şadıq və həmçinin müxtəlif sosial layihələrə göstərdiyiniz könüllü dəstəyinizə görə sizə təşəkkürümüzü bildirmək istəyirik. Bu layihələr təhsil, infrastruktur, müxtəlif kəndlərdə su təchizatı ilə bağlıdır. Biz bu dostluq jestini çox yüksək qiymətləndiririk və buna görə mən bir daha sizin hökumətinizə öz təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, üzümüzə gələn illərdə biz bu sıx əməkdaşlığı gücləndirəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə