Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi mövzusunda növbəti müzakirə keçirilib
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsinin icrası davam edir. Təşkilatdan verilən məlumata görə, İcra Planının şərtlərinə uyğun olaraq layihənin ikinci onlayn ictimai müzakirəsi keçirilib.
Onlarla şəxsin iştirakı ilə keçirilən tədbirdə mövzunun aktuallığı və vacibliyi qeyd olunub, diqqətə çatdırılıb ki, sözügedən məsələyə önəm verilməsi günümüzün tələbidir, belə görüşlər bu sahədə müəyyən irəliləyişlərə səbəb olacaq.Tədbiri açıq elan edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov qonaqları salamlayaraq nəzərə çatdırıb ki, vətəndaş cəmiyyətinin üzvləri, əsasən də gənc nəsildə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadənin istiqmətlərini aşılamaq olduqca əhəmiyyətlidir.
O, əlavə edib ki, əsas hədəf sosial şəbəkələrdəki təhlükəli və təhlükəsiz xəbərlərin sərhədlərinin konturlarını vətəndaşlarımıza düzgün çatdırmaqdır.
Sonra söz ekspertlərə verilib.
Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov çıxışında “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi layihənin mövzusunun günümüzün ən aktual, vacib məsələlərindən olduğunu xatırladıb və əlavə edib ki, bu məqamlar gələcəkdə də diqqətdə saxlanılmalıdır. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti üzvlərinin informasiya təhlükəsizliyində rolunu məhz belə layihələrlə artırmaq mümkündür.
Millət vəkili sonra pandemiya dövründə dövlətin həyata keçirdiyi mühüm tədbirlərdən danışıb.
Məlumdur ki, layihə çərçivəsində hər ictimai müzakirəyə xüsusi qonaqlar dəvət olunur. Bu dəfə fikir mübadiləsinə qatılan Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya mövzunun əhəmiyyətinə toxunub, xatırladıb ki, ölkələrimiz işğala məruz qalıb və milli maraqlarımızın, ərazilərimizə olan təhdidlərin qarşısının alınması üçün vətəndaşlarımızın səfərbər olması zəruridir, onların bu yöndə fəaliyyəti üçün ən münasib platformalardan biri isə sosial şəbəkələrdir.
Gürcü professor Azərbaycan dövləti tərəfindən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası institutunu unikal ideya adlandırıb, ölkəsində də belə bir strukturun yaradılmasının vacibliyini vurğulayıb.
Ardıcıllıqla çıxış edən “Bələdiyyələrin İnkişafına yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov, ”İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT TV və QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının mətbuat katibi Teymur Bayramov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Ülkər Həsənova mövzu ilə bağlı fikirlərini bildiriblər.
Beynəlxalq təcrübədən, sosial şəbəkələrdə yayılan xəbərlərin hüquqi tənzimlənməsindən, şəxsi həyatın toxunulmazlığından, təhqirlə tənqidin fərqindən, fərdi məlumatların yayılmasından bəhs ediblər.
Çıxışlarda həmçinin pandemiya dövründə sosial şəbəkələrdən istifadənin daha da aktuallıq kəsb edildiyi, COVİD-19 virusu ilə bağlı həm psixoloji təsirlərdən, həm də düzgün analiz olunmamış xəbərlərin insanlara mənfi təsirlərindən danışılıb.
Onlayn müzakirədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri, gənclər sahəsində fəaliyyət göstərən ictimai birliklərin üzvləri və digər şəxslər iştirak ediblər.
Lyihəyə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirildiyindən qurumun təklif və tövsiyələrinə yer verilir.
Qeyd edək ki, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin COVİD-19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatın paylanması çağırışını müsbət qarşılayıb və könüllü olaraq bu kateqoriyadan olan şəxslərə dəstək göstərəcək.
Xatırladaq ki, layihənin icra müddəti üç aydır və bu dövr ərzində Bakı, Sumqayıt və Gəncə sakinləri ilə onlayn müzakirələr keçiriləcək, xüsusi kitabçalar hazırlanacaq, mövzu ilə əlaqədar sorğular təşkil olunacaq, nəticələri isə geniş ictimaiyyətə çatdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



