“Ermənilərin problemlərdən qurtulması üçün dünya səviyyəsində müdaxiləyə ehtiyac var” ÖZƏL-MÜNASİBƏT
“Terroru dəstəkləyən, işğalçılıq siyasəti yürüdən, demokratiya adı altında qanunsuz əməlləri ört-basdır etmək istəyən Ermənistanda qeyri-sağlam mühitin olduğu danılmaz faktdır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, Paşinyandan öncə də belə olub: "Paşinyandan sonra da belə olmaması üçün bu, artıq bir ümumdünya problemi kimi həll olunmalıdır. Armenofobiya deyilən bir xəstəlik artıq tibb elmində, psixologiyada, digər elmi-tədqiqat sahələrində müzakirə mövzusudur. Ermənilərin mübtəla olduğu, şüurlarına yerimiş, illərlə ağır təbliğat maşınının altında əzilən erməni ictimai fikrinin bu problemlərdən qurtulması üçün əslində dünya səviyyəsində müdaxiləyə ehtiyac var. Doğrudur, deyə bilərsiz ki, Birləşmiş Millətlər Təşkilatının konkret olaraq Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnaməsi var. Avropa Birliyinin, digər qurumların, yəni, Qoşulmama Hərəkatının, İslam Konfransı Təşkilatının, GUAM-ın, Türk Şurasının, əlbəttə, başqa platformaların da, ayrı-ayrı dövlətlərin parlamentlərinin də, bəzi nüfuzlu bələdiyyələrin də, nüfuzlu ziyalıların da möveləri ortadadır, qərarlar var, münasibətlər var, tədqiqatlar, araşdırmalar var, amma Ermənistan öz əməllərindən gedi durmur. Bu günlərdə də o necə təzahür edir?
Dünyanın harasında bir problem varsa, ya oradan faydalanan, ya da orada iştirak edən Ermənistanı görürük, sözsüz ki, mənfi planda. Livanda baş verən məlum partlayışdan sonra oradakı ermənilərin Dağlıq Qarabağa, işğal altında olan Azərbaycan torpaqlarına köçürülməsi barədə də artıq beynəlxalq səviyyədə də mətbuat yazır. Bizim oz mətbuat orqanlarımızda da məlumatlar var bu barədə. Bu köç siyasəti özü bir neçə istiqamətdə qanun pozuntusudur. Sülhə qarşı bir siyasətdir.
Birincisi, işğal olunmuş torpaqlardan istər demoqrafik vəziyyət, istər etnik tərkibin dəyişdirilməsi, istər oranın faqdalı qazıntılarını istifadə, əhalinin məskunlaşması və digər məsələlər, beynəlxalq səviyyədə, ümumdünya nizamının zədələnməməsi naminə beynəlxalq təşkilatlar tərəfindən zaman-zaman qəbul edilmiş qərarları, Ermənistanın özünün də üzv olduğu təşkilatların və qoşulduğu normalardan irəli gələn məsələləri göz ardı etməkdir, nəzərə almamaqdır. Çünki, işğal edilsə də onun tərkibi dəyişdirilə bilməz. Demokrafik vəziyyət dəyişdirilə bilməz, coğrafiyası məhv edilə bilməz, etnik tərkibi dəyişdirilə bilməz və işğaldan üstünlük faktı kimi istifadə yolverilməzdir. Ondi həm torpaqlarımız işğal altındadır, həm də bu işğaldan yeni təhdidlər çıxarılmaqdadır. Məskunlaşma ilə bağlı, Ermənistanla işğal altında olan torpaqlar arasında, bizim yaşayış məntəqələrimiz arasında qanunsuz yollar çəkməklə bağlı və sair kimi təhdidlər heç də sirr deyil.
Ona görə də, bütün bunların qarşısı, həm bizim ictimaiyyətimizlə, xalqımızla dövlətimizin birliyi nəticəsində, həm də beynəlxalq ictimiyyətin müdaxiləsi ilə alınmalıdır və bunun alternativi yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB