İnsanların sağlamlığına və əxlaqına zərbə vuran “ağ ölüm” - TƏHLİL

İnsanların sağlamlığına və əxlaqına zərbə vuran “ağ ölüm”  - TƏHLİL

Yaşadığımız dünyamızda elə məsələlər və hadisələr var ki, bunlar insanlığın ən qatı düşmənləridir. Təəssüf ki, bu düşmənlər bəşəryyətin yarandığı dönəmdən insanlarlarla yol yoldaşı olub və bu yoldaşlıq insanlığa böyük zərbələr vurub. Lokal toquşmalar, münaqişələr və müharibələr bəşəriyyəti öz inkişafından saxlayan , insanlığa ən ağır zərbələr vuran hadisələrdəndir. İnsanlığın və bəşəriyyətin bəlasından insanlar qurtulmağa can atmırlar, əksinə hər gün yeni, müasir öldürücü silahlar kəşf edir, bölgələrə girməyə, insanları qırğınlara verməyə çalışırlar. Deyilənlərə və yazılanlara görə, dünyada bir ay ərzində silahlanmaya və müharibələrə 30 milyard dollar xərclənir kl, bu da dünyada qida və su çatışmazlığının tamamailə ardan qaldırılması üçün kifayət edən məbləğdir. Ancaq görünən odur ki, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin və digər dövlətlər dünyada hökm sürən aclığa və səfalətə deyil, öldürməyə, insanları öz ev eşiyindən didərgin salmağa pul xərcləyirlər. Acınacaqlı daha bir məsələdə ondan ibarətdir ki, müharibələr qədər narkomaniya və narkobiznesdə bəşəriyyətin ən ağrılı problemlərindədir. Tibbi hesabatlarda “ağ ölüm” kimi səciyələndirilən narkomaniyadan hər il minlərlə insan həyatlarını itirir və ya şikıst, əlil olurlar. Ekspertlərində gəldikləri qənaət ondan ibarətdir ki, narkomanlar 35-40 yaşlarına qədər ömür sürə bilirlər. Onların övladları da sağlamlıq baxımdan qüsürlu olurlar. Bu baxımdan demək olar ki, narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, əxalqına deyil həm də genofonduna ciddi zərbələr vurur.

Gənclər arasında geniş maarifləndirmə işinin aparılamasına zərurət var

Cəmiyyətlərin və xalqların təhlükə mənbəyinə çevrilən narkomaniyanın aradan qaldırılması üçün dövlətlər və hakimiyyətlər sərt qanunlar qəbul etsələrdə istəklərə nail ola bilməyiblər. Səbəbdə narkobiznes tacirlərinin yüz illik tarixə malik narko ticarət şəbəkəsi qurmalarıdır. Elə dövlətlər və hakimiyyətdə təmsil olunan şəxslər var ki, onlar dolayısı ilə narkobaronlara xidmət edirlər. Qarşılığında böyük məbləğdə maliyyə vəsaitləri alırlar. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisinin açıqladığı məlumata görə, dünyada istehsal olunan tiryəkin böyük hissəsi Əfqanıstanın payına düşür. Açıqlanan hesabatda bildirilir ki, dünyada il ərzində 7000 ton tiryək istehsal olunur ki, onunda dörddə üçü Əfqanıstanın payına düşür.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Əfqanıstanda narkotik maddələrin istehsalı NATO-nun hərbi qüvvələrinin bu ölkəyə yeridilməsindən sonra 40 dəfə artıb. Bu isə dünya üzrə narkotik dövriyyəsinin 2 dəfə artmasına gətirib çıxarıb. ABŞ hərbi qüvvələrinin Əfqanısatanda az qala hər bir kənd və qəbələrə, meydanlara, küçələrə belə nəzarət etdiyi bir şəraitdə narkotik istehsalı və ixracının qarşısını ala bilməməsi sual doğurur. Ancaq xatırlatmaq lazımdır ki, ABŞ özünün milli təhlükəsizliyi üçün birbaşa təhdid olan Kolumbiyada narkotik plantasiyalarına təyyarələr vasitəsilə xüsusi kimyəvi vasitə səpərək kokainin istehsalını bir ildə 75% azalda bilmişdir. Belə olan halda ABŞ-ın özünün tam nəzarəti altında olan Əfqanıstanda narkotik tarlalarını məhv etməməyi qaranlıq mətləblərdən xəbər verir. ABŞ-ın Əfqanıstanda xüsusi nümayəndəsi olan Riçard Holbruk bildirmişdi ki, "Əfqanıstanda xaşxaş tarlalarının məhv edilməsi pulun lazımsız sərf olunmasıdır. Bu addım taliblərin narkoticarətdən gəlirlərini azaltmamaqla bərabər əfqan kəndlilərinin döyüşçülərə qoşulmasına gətirib çıxarır”.

Bu faktın özü sübut edir ki. ABŞ Əfqanıstanda xaşxaş, tiryək və digər narkotik maddələrin becərilməsində və bəzi ölkələrə daşınmasında maraqlıdır. Çünki, ABŞ-ın dövlət siyasətində ölkələrin gənclik sferasının narkotik maddələrlə zəhərlənməsində başlıca istiqamətlərdən hesab olunur. Faktlar təsdiq edir ki, Əfqanıstandan Rusiyaya narkotik maddələrin daşınmasında ABŞ-ın təhlükəsiz qüvvələrinin rolu var. Təsdiq olunan məlumatlar sırasında qeyd olunur ki, məhz ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin baş verənlərə göz yumması nəticəsində hər ilə Əfqanıstanda istehsal olunan narkotik maddələrin 25-30 faizi Rusiyaya daşınır. Məlumatlara istinadən demək olar ki, Rusiyada 3 milyona yaxın insan narkotik maddələrdən asılıdır. Həm də, ölkə üzrə ildə 75 ton tiryək istifadə edilir. Əfqanısatan istehsalı olan narkotika ilə insanların zəhərləndirilməsi siyahısına Fransa, İspaniya, İngiltərə, İtaliya, Çin və Meksika kimi ölkələrdə var. Hər il 1 milyona yaxın insanın narkotik maddədən nəzərdə tutduğu dozadan artıq istifadə etməsi səbəbindən həyatlarını itirmələri bu bəşəri fəlakətin qarşısının alınması üçün bütün dünya dövlətlərinin birlikdə mübarizə aparmalarına zərurət olduğunu demək olar. Beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin qətiyyətli mübarizə tədbirləri nəticəsində narkotika tacirlərinin və narko biznesin qarşısını qisməndə olsa almaq mümkün olur. BMT isə bütün dünya dövlətlərinin və xalqlarının bu bəlaya qarşı mübarizəyə səfərbər etmək üçün iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramlarının qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaşlıq borcudur.

Görülən hər bir iş, atılan addım sağlam həyat, təhlükəsiz cəmiyyət qurulmasına hesablanıb

Ölkəmizdə insanların sağlam və təhlükəsiz yaşam tərzinin təmin olunması üçün mütərəqqi qanunlar qəbul edilib, Prezident sərəncamı və fərmanları imzalanıb. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində müsbət dinamika əldə olunub. Ölkəmizdə hazırda Narkoloji Dispanserdə qeydiyyata alınan narkomanların sayı 28376 nəfərdir ki, onların da 539 nəfərini, yəni 1,9%-ni qadınlar təşkil edir. Qeydə alınmış narkomanların yaş qruplarına nəzər saldıqda isə görərik ki, onların 4 nəfəri (narkomanların ümumi sayında xüsusi çəkisi 0,01%) 15-17 yaş, 1344 nəfəri (4,74%) 18-24 yaş, 3893 nəfəri (13,72%) 25-29 yaş, 4147 nəfəri (14,61%) 30-34 yaş, 4296 nəfəri 35-39 yaş, 3415 nəfəri (12,03%) 40-44 yaş, 3023 nəfəri (10,25%) 45-49 yaş, 2531 nəfəri ( 8,92%) 50-54 yaş, 2227 nəfəri (7,85%) 55-59 yaş, 2014 nəfəri (7,09%) 60-64 yaş, 1482 nəfəri (5,32%) isə 65 və daha yuxarı yaşda olan şəxslər təşkil etmişdir.

Ölkəmizdə narkotik aludəçilərinin müalicəsini həyata keçirməklə yanaşı gənclər və yeniyetmələr arasında geniş maarifləndirmə tədbirləri də həyata keçirilir. Bu kimi mübarizə tədbirlərində dövlətin müvafiq qurumları ilə yanaşı QHT-lər və KİV-lərdə yaxından iştirak edirlər. Bir sözlə, görülən hər bir iş, atılan addım sağlam həyat, təhlükəsiz cəmiyyət qurulmasına hesablanıb. Bu baxımdan bir olaq, birlikdə bəşəriyyətin bəlasına, ölüm kabusuna çevrilən narkomaniya və narkobiznesə qarşı sərt mübarizə aparaq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə