Vaksinlər ilk növbədə hansı şəxslərdə istifadə olunacaq? EKSKLÜZİV - AÇIQLAMA
"Vaksinlər xroniki xəstəliyi olan şəxslərdə, 6 ay ilə 5 yaş arasında olan uşaqlarda, həmçinin, yaşı 50-dən çox olan insanlarda peyvənd istifadə olunmalıdır". Bu sözləri SİA-ya özəl açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev, Azərbaycanda payız-qış ayları üçün tətbiq ediləcək mövsümi vaksinlərin əsas etibarilə hansı şəxslərdə istifadə edilə biləcəyi haqda danışarkən deyib.
"Ümumiyyətlə, qrip peyvəndləri 6 aylıq uşaqlardan başlayaraq hər bir kəsdə istifadə edilə bilər. Bildiyimiz kimi qripdən illik ölüm sayı da kifayət qədər çox olduğundan və qrip də koronavirus kimi pnevmaniya yaratdığından və ikinci bir infeksiyanın qarşısını almaq üçün mövsümi qrip peyvəndlərindən istifadə oluna bilər. Bu baxımdan, xüsusilə də, xroniki xəstəlikləri olan, yaşı 50-dən yuxarı olan insanlarda, həmçinin, hamilələrdə qrip peyvəndindən istifadə oluna bilər".
Onun sözlərinə görə, bu, mövsümi qrip peyvəndlərinin heç bir zərəri yoxdur: "Doğrudur, ola bilsin ki, insanlar arasında bəzi yalnış fikirlər yayıla bilsin. Lakin, bu peyvəndlər zərərsizdir, onlar nə iflic yaradır, nə də sonsuzluğa səbəb olur".
Vasif Əliyev bildirib ki, hazırda bu vaksinlərin Azərbaycanda daha çox kimlərdə istifadə ediləcəyinə dair məlumat yoxdur, buna nə vaxt start veriləcəyi haqda məlumat vermək hələ ki, mümkün deyil lakin, ümumi olaraq bu vaksinlərin daha çox kimlərdə istifadə edilə biləcəyini söyləmək olar: "Elmi olaraq deyə bilərik ki, xroniki xəstəliyi olan şəxslərdə, 6 ay ilə 5 yaş arasında olan uşaqlarda, həmçinin, yaşı 50-dən çox olan insanlarda peyvənd istifadə olunmalıdır. Təbii ki, vaksinin miqdarından da çox şey asılıdır".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov qeyd edib ki, dövlət səviyyəsində mövsümi qrip vaksinlərinin alınması ilə bağlı iş gedir. Yaxın 1-2 ay ərzində ölkəyə mövsümi qriplərlə bağlı vaksinlər gətiriləcək.
Bildirilib ki, qriplə bərabər koronavirusa yoluxma daha çox ağırlaşmalara gətirib çıxara bilər. Bu səbəbdən payızda qrip əleyhinə dördvalentli vaksindən istifadə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB