Ceyhun Osmanlı: “Magistrlara və doktorluq edənlərə hərbi çağırışdan möhlət vermək lazımdır”
"Çalışmaq lazımdır ki, bu qanuna yaz sessiyasında baxılsın. Çünki bu gün əgər təhsil və elm prosesinin davamlılığını istəyiriksə, bakalavr pilləsini bitirib magistr imtahanlarında müvəffəqiyyət qazananlara, eyni zamanda magistr pilləsini bitirib doktorluq işinə davam etmək istəyənlərə hərbi çağırışdan möhlətin verilməsi faydalı olardı". SİA-nın məlumatına görə, "İrəli" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı bu barədə açıqlama verərək bildirib ki, bu qanuna yenidən baxılması həm Azərbaycanda, həm də xaricdə magistr təhsili alan, həm də doktorluq edən gənclərimizin işinin xeyli asanlaşmasına səbəb olardı, onların təhsilinin davamlılığı pozulmazdı: "Qanuna dəyişiklik bu mövzuda olan böyük bir qeyri-müəyyənliyi də aradan qaldırmış olardı. Həm də axı, söhbət böyük bir kütlədən yox, ildə cəmi 3 min nəfərdən gedir".
C.Osmanlının fikrincə, təhsil, elm və sənayenin gələcəyi baxımdan bu, çox mühümdür. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının son həftələrin gündəmini təşkil etdiyini deyən millət vəkilinin sözlərinə görə, bu çərçivədə gəncləri düşündürən məsələlərin, onların problem və qayğılarının həlli bütün səviyyələrdə müzakirə olunur: "Prezident İlham Əliyevin Azərbaycan gənclərini qəbul etməsi və onların mövcud problemlərinin həlli üçün bütün spektrlər üzrə tapşırıqlar verməsi gəncliyin inkişafında böyük bir təkana səbəb olub. Artıq dövlət proqramının ilkin layihəsi hazırdır və özündə 150-dən çox məsələnin həllini ehtiva edir. Əlbəttə ki, proqram hazırlanıb təsdiqləndikdən sonra hökumət strukturları hər biri öz sahəsində bu problemlərin həllinə başlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB