Azərbaycançılıq və müstəqil dövlətçilik ənənələri

Azərbaycançılıq və müstəqil dövlətçilik ənənələri

Milli şüurun formalaşmasında müstəqil dövlətçilik ənənələrinin olduqca mühüm rolu vardır. Dövlətçilik ənənələri hər hansı bir ölkədə tarixən formalaşır. Azərbaycanda müstəqil dövlətçiliyin tarixi qədim olmasa da artıq onun özünəməxsus ənənələri formalaşmışdır. Bu ənənələr az bir müddətdə o qədər zənginləşmişdir ki, onlar ümumilikdə yeni yaranan dövlətçilik qurumları üçün də örnək ola bilər. Dövlətçilik ənənələri də ictimai xarakterlidir; cəmiyyətin bütövləşməsi, milli ideyaların bəşəri ideyalara çevrilməsi, ölkədə insanların firavan həyat qura bilməsi, elmin, mədəniyyətin inkişafı bilavasitə bu ənənlərin bərqərar olunması ilə bağlıdır.

Azərbaycan Respublikasında yaranmış müstəqil dövlətçilik ənənələrini aşağıdakı kimi ümumiləşdirmək olar: ictimai birlik, mütəşəkkillik, ictimai həmrəylik.

Müstəqil dövlətçiliyi bərqərar olunmasında ictimai birlik, mütəşəkkillik və ictimai həmrəylik ən əsas və aparıcı şərtlərdəndir. Müstəqil Azərbaycan dövlətçiliyin ilkin mərhələsində bu şərtlər xüsusilə vacib idi. Çünki ölkədə dağıdıcı və təxribatçı qüvvələr dövlətçiliyin bünövrəsinin möhkəmləndirilməsi qarşısında çox böyük maneçiliklər yaradırdılar. Buna görə də Heydər Əliyev deyirdi: "Mən hər dəfə hamını milli birliyə dəvət edirəm, milli həmrəyliyə dəvət edirəm, hamımızı birlikdə Azərbaycanın müstəqililyini qoruyub saxlamağa dəvət edirəm".

Azərbaycanda ictimai - siyasi sabitliyin yaradılması da məhz, bilavasitə, Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini elan etdi. Müstəqilliyin elan edilməsi tarixi bir məqam idi. Artıq cəmiyyətdə ictimai şüurun formalaşması səviyyəsi belə bir məqamdan istifadə olunmasına münbit şərait yaratmışdı. Enyi zamanda, Azərbaycanda müstəqilliyin elan edilməsi, əslində onun tarixi köklər üzərində bərqərar olunması idi. Heydər Əliyev Azərbaycanda müstəqilliyin elan olunmasına dair həyati reallığı belə şərh edir: "Müsətqillik əldə edən hər bir ölkə, milli azadlığını əldə edən xalq öz xoşbəxtliyinə gəlib çatır. Ancaq müstəqilliyi əldə etmək böyük nailiyyət olduğu kimi, onu yaşatmaq və əbədi etmək ondan da böyük nailiyyətdir, ondan da çətin bir işdir. XX əsrdə, 1918-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə etdi. Bu gün tarixi düzgün təhlil etmək lazımdır. Əgər rus çar imperiyası dağılmasaydı belə bir tarixi-ictimai şərait yaranmasaydı, bizim mütərəqqi insanlarımız nə qədər mübarizə aparmış olsaydılar da heç bir müsətəqillik əldə edə bilməzdilər. Müstəqillik elan olundu, 23 aydan sonra bu dövlət, hökumət məhv oldu. Birinci, ona görə ki, daxili çəkişmələr imkan vermirdi ki, bu dövlət yaşasm. ikincisi də çar Rusiyası dağıldısa bir, iki, üç il Vətəndaş müharibəsi gedəndən sonra özünü möhkəmləndirdi və onun yerində Sovet imperiyası yarandı. Azərbaycan öz dövlət müstəqilliyini itirdi. Demək müstəqilliyi əldə etmək, onu yaşatmaq tarixi ictimai-siyasi şəraitdən asılıdır.

1991-ci ildə də Sovetlər İttifaqı dağılmasaydı heç bir qüvvə, 15 müttəfiq respublikanın heç biri öz müsətəqilliyini elan edə bilməzdi. Yəni 1991-ci ildə də 1918-ci ildə olduğu kimi Azərbaycamn dövlət müstəqilliyini elan etməsi yaranmış tarixi ictimai - siyasi vəziyyətin nəticəsində olmuşdur. Ancaq bu müstəqilliyi yaşatmaq nə cür oldu? 1991-ci ilin sonunu və 1992-ci ili götürək. 1992-ci ildə Azərbaycan müstəqilliyini saxlaya bilirdimi? Yox. 1993-cü ilin iyun ayında başlanmış vətəndaş müharibəsi Azərbaycanın müstəqilliyini məhv edirdi".

Müstəqillik elan edildikdən sonra qarşıda bir əsas məqsəd dururdu. O da müstəqilliyin qorunub saxlanmasından ibarət idi. Ancaq o zaman hakimiyyətdə təmsil olunan şəxslər bunu edə bilmirdilər. Həmin dövrdə Azərbaycanda hakimiyyət əldən-ələ keçirdi. O dövrdə bir tərəfdən hakimiyyət iflasa uğrayırdı, digər tərəfdən isə müstəqililyin və bütövlükdə dövlətçiliyin itirilməsi təhlükəsi baş verirdi. Həmin vaxtda Azərbaycan Respublikasının üzləşdiyi bəlaların səbəblərini aşağıdakı kimi ümumiləşdirmək olar:

a) milli birlik, mütəşəkkillik, ictimai həmrəylik yaradıla bilməmişdi.

b) hakimiyyət başmdakı şəxslər milli mənafelərə xidmət etmək əvəzinə öz şəxsi mənafelərinə üstünlük verirdilər.

c) rəhbərlik edən şəxslərin dövlətçilik təcrübəsi yox idi. Hakimiyyət siyasət aləmində heç bir nüfuz qazanmamış adamların əlinə keçmişdi.

d) hakimiyyətdə olan şəxslər arasında heç kəs milli liderlik nüfuzu qazana bilməmişdi.

1993-cu il iyunun 15-də Heydər Əliyev Respublika Ali Sovetinin sədri seçildi. Ölkəmizin tarixinə qurtuluş günü kimi daxil olan həmin vaxtdan sonra dövlətçiliyin qarşısında duran müstəqilliyi qoruyub saxlamaq kimi vacib bir məsələnin həyata keçirilməsi barədə qətiyyətli addımlar atılmağa başladı. Başdan-başa xaos içərisində olan bir ölkədə ictimai birlik, mütəşəkkillik və ictimai həmrəylik yaratmaq kimi tarixi bir vəzifə Heydər Əliyevin öhədsinə düşmüşdü. Heydər Əliyev zamanı, dövrü, hadisələri düzgün qiymətləndirərək Azərbaycanın müstəqilliyini qorumaq məqsədini çox böyük siyasi bacarıqla həyata keçirdi. Bunun üçün ilk növbədə xalqı mütəşəkkil etmək lazım idi. Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zaman əhalinin rifahının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə etmişdi. Xalq ona inanırdı. Onu xilaskar hesab edirdi. Ona görə də tezliklə xlaq Heydər Əliyevin ətrafında sıx birləşməyə başladı.

Hələ Heydər Əliyev 1991-ci ildə Naxçıvanda ikən dekabrın 16-da Dünya azərbaycanlılarının həmrəyliyi ideyasını irəli sürmüşdü. 1991-ci il dekabrın 25-də bu ideya Azərbaycan Ali Soveti tərəfindən qərarlaşdırıl- dı. Bu ideya bütün azərbaycanlıları milli həmrəyliyə çağırırdı, milli şüurun canlandırılmasma və mənəvi birliyə dəvət edirdi. Ona görə də həmin ideya tezliklə öz bəhrəsini verməyə başladı. Yarandığı müddətdə öz tarixi vəzifəsini uğurla həyata keçirən bu ideya sonrakı vıaxtlarda da milli - mənəvi birliyin canlandırılmasmda çox böyük əhəmiyyət kəsb etməyə başladı. Belə ki, Dünya azərbaycanlılarının Bakı şəhərində 2001-ci il noyabrın 9-10-u günləri keçirilən I, 16 mart 2006-cı ildə keçirilən II qurultayları dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlı əhalinin milli şüurunda bir oyanış və dirçəliş yaratmış oldu. Bu, azərbaycanlıların milli, mənəvi və etnik - psixoloji səfərbərlik nümunəsi idi.

Vahid Ömərov f.ü.f.d.dos.

Bütün xəbərlər Facebook səhifəmizdə