Mərkəzi Gömrük Hospitalı fəaliyyətini bərpa edir

Mərkəzi Gömrük Hospitalı fəaliyyətini bərpa edir

Mərkəzi Gömrük Hospitalı 1 sentyabr 2020-ci il tarixindən etibarən fəaliyyətini bərpa edərək gömrükçülərə və əhaliyə tibbi xidmət göstərməyə başlayır. SİA-nın xəbərinə görə, əhalinin sağlamlığının keşiyində duran Mərkəzi Gömrük Hospitalında tətbiq olunan yüksək tibbi texnologiyalar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir. Dünya şöhrətli istehsalçıların müasir tibbi avadanlıqları ilə təmin olunmuş Hospitalda Azərbaycanın yüksək ixtisaslı mütəxəssisləri, ən tanınmış həkimləri çalışır.

Qeyd edədk ki, hospitalın laboratoriya, təcili yardım və stasionar şöbələri 7/24 saat fəaliyyət göstərir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə