"Peyvəndin alınması üçün müxtəlif ölkələrlə danışıqlar aparılır" ÖZƏL - AÇIQLAMA
"Peyvəndin alınması üçün müxtəlif ölkələrlə danışıqlar aparılır". Bu sözləri SİA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Azərbaycanda mövsümi qrip əleyhinə vaksinlərin alınması prosesindən danışarkən deyib.
Onun sözlərinə görə, prosesə start verilmədən öncə ictimaiyyətə bu haqda geniş açıqlamalar veriləcək: "Hal-hazırda mövsümi qrip əleyhinə peyvəndin alınması üçün müxtəlif ölkələrlə danışıqlar aparılır. Bu vaksinlər ölkəyə gətiriləndə və artıq vaksinləşmə prosesinə başlanıldıqda əvvəlcədən ictimaiyyətə geniş məlumat veriləcək".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov qeyd edib ki, dövlət səviyyəsində mövsümi qrip vaksinlərinin alınması ilə bağlı iş gedir. Yaxın 1-2 ay ərzində ölkəyə mövsümi qriplərlə bağlı vaksinlər gətiriləcək.
O əlavə edib ki, bu, sınaqdan keçmiş vaksindir. Azərbaycana vaksin gətiriləndən sonra ilk növbədə risk qrupuna daxil olan şəxslərə vurulacaq.
Bildirilib ki, qriplə bərabər koronavirusa yoluxma daha çox ağırlaşmalara gətirib çıxara bilər. Bu səbəbdən payızda qrip əleyhinə dördvalentli vaksindən istifadə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB