“Müxalifətçiyəm” deyənlərin acı sonluqdan qaçmaları mümkünsüzdür

“Müxalifətçiyəm” deyənlərin acı sonluqdan qaçmaları mümkünsüzdür

Fransız psixoloq Julyer iddia edir ki, “insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır”. Bu məntiqlə yanaşsaq aydın olur ki, bu gün adlarını “müxalifətçiyəm” deyənlər elə zənn edir ki, sosial şəbəkələrdə dövlətin, xalqın ünvanına nə desələr xalq inanacaq. Görünür psixoloq Julyerin dediyi kimi, hələ də bunlar formalaşa bilməyib, bilməyəcəklər də. Çünki bu o “müxalifətçilərdir” ki, - Əli Kərimli, Cəmil Həsənli, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Arif Məmmədov, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli və digər əxlaqsızlar özlərini xalqın “xilaskarı” və “qəhrəmanı” kimi təqdim edirlər. Bu o “müxalifətçilər”dir ki, eyni mühitdə qalıb, zaman-zaman bir-birilərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bu koronavirusdan da güclü virusa çevriliblər. Nəticə nə oldu?. Sonda ayaqqabıları belə silməyə lazım olmayan tryapka olublar.

Bax, budur həqiqət. Ancaq təəsüf doğuran odur ki, Ona görə də, Azərbaycan xalqı koronavirus epidemiyasından çıxdıqdan sonra dövlətin, millətin maraqlarını heçə sayan bu əxlaqsızlar antimilli ünsürlərin şər və böhtanlarını bağışlamayacaq və sərt ölçü götürmələrini, cəmiyyətdən təcrid olunmalarını tələb edəcək. Və bu haqq-hesab isə çox ağır olacaq.

Çox qəribədir desək haqsızlıq olar. Soruşa bilərsiniz nəyi deyirsiniz?. İndi bunu izah etməyə də ehtiyac yoxdur. Hamı yaxşı bilir ki, şəxsi ambisiyalar, gerçəklik və zaman çərçivəsində seçim etməkdə acizlik edənlər müxalifət düşərgəsində cəm olub. Deyə bilrsiniz, niyə? İlk öncə gəlin istək və arzuların başdan yuxarı qalxdığı, bacarıqla edə bilməməyin çərçivəsinin cızıldığı müxalifət düşərgəsində nələr baş verdiyini araşdıraq. Məntiq və düşüncə, qavramaq, söz eşidib, kəlmə kəsmək insan üçün normal bir şeydir. Ancaq bu normallığı müxalifət düşərgəsində görmək mümkünsüzdür. Çünki bu o müxalifətdir ki, səs-küy vasitəsilə qabağa keçəcəyini düşünür, ancaq anlamır ki, əslində səs-küy- vasitəsi ilə nə qədər uzun yol qət etsələr, bir o qədər də öz ifşalarına yaxınlaşacaqlar. Müxalifət qüvvələrinə yaraşan da elə budur. Bir də müxalifət öz abırına hakim olmasa da, Azərbaycan qanunları öz göstərişlərinə hakimdir və əsla hansısa siyasi qüvvə üçün xüsusi ayrıcalıqlar tətbiq etməyib. Hər bir siyasi qüvvənin mövcudluğuna da, fəaliyyətinə də bərabər təminatlar yaradıb. Bundan sonra da həmin rentabelliyi qoruyub saxlayacaq. Ancaq bu faktı hələ də Avropa ölkələrinin küçələrində «siyasi mühacir» adı ilə Qərbin böhtan tribunası olan Məhəmməd Mirzəli, Tural Sadıqlı, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Arif Məmmədov, Sevinc Osmanqızı və bu kimi dövlətimiz əleyhinə aparılan məkrli kampaniyanın elementləridirlər. Onlar Qərbin bəzi təxribatçı təşkilatlarının və ölkələrə inqilablar, təlatümlər ixrac edən «demokratik» dövlətlərin kəşfiyyat orqanlarının qulbeçəsi, böhtan ruporu rolunda çıxış edirlər. Belələri bütün ölkələrin siyasi tarixlərinin zibil qutusunda özlərinə əbədi pasport qazanıblar. Bu günə qədər dövlətimizə qarşı yönələn, sükanı xarici kəşfiyyat orqanlarının, ermənipərəst qüvvələrin, anti-Azərbaycan şəbəkəkənin əlində olan böhtan maşınları və onun “siyasi mühacir”lər kimi xırda detalları heç vaxt istəklərinə nail ola bilməyiblər. Bundan sonra da bu, mümkün olmayacaq.

“Siyasi mühacir”lərin söyüş “texnologiya”sı, yaxud zorlanmış mənəviyyat…

Qərb konfliktoloqları bildirirlər ki, siyasi mübarizədə (əgər buna mübarizə demək mümkündürsə) söyüş söymək iyrənc tendensiyadır. Azərbaycandan xaricə gedib oradan ölkə rəhbərliyinin, dövlətin ən üst adamlarının, onların ailə üzvlərinin ünvanına təhqir, və hədyan yağdıranların kimliyi hər kəsə bəllidir. Cəmiyyətimiz bütünlüklə belələrini lənətləyir və siyasi “mübarizədə söyüşdən istifadə edən Vidadi İsgəndərli, Orduxan Temurxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Səid Nuri, Arif Məmmədov, Sevinc Osmanqızı və bu kimi mənəviyyatsızlar, şübhəsiz ki, gec-tez qanun qarşısında cavab verməli olacaqlar.

Ən maraqlısı isə, özünü “demokratik hüquq müdafiəçisi” hesab edən Vidadi İskəndərli bu günlərdə sosial şəbəkədə “Demokratik dövlət danışmaqla deyil, real mübarizə ilə qurulur” deyə çıxış zamanı gəncləri, bütünlüklə xalqı mitinqə çağırışını edəpək dövlətin, xalqın ünvanına utanmadan təhqirli sözlər işlədir. Əslində V.İsgəndərli özü də başa düşür ki, atdığı addımlar onu heç bir halda cinayət məsuliyyəti daşımaqdan yayındırmır, “siyasi mübarizə”, “siyasi mühacir” adı altında səsləndirdiyi fikirlər gec-tez onun cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnəcək. Əvvəla, insanları təhqir etmək cinayətdir. Digər tərəfdən, dövlət atributlarının, dövlətin ən üst adamlarının, onların ailə üzvlərinin təhqir olunmasından, dövlət əleyhinə, iğtişaşlara, itaətsizliyə çağırışlardan söhbət gedirsə, o zaman V.İsgəndərlinin hansı tipdə cinayətkar olduğu bəlli olur. Nəzərə alsaq ki, ölkəmiz haqqında hələ bir neçə il bundan öncə Avropada yaşayan ermənilər tərəfindən söyüş kampaniyası başladılıb və onlarla eyni dəsti-xətdə çıxış edən V.İsgəndərlinin bu gün kimlərin pulu ilə nəyə xidmət etdiyi aydın olur. Yenə də eyni ssenari. Bu əxlaqsız özü kimi danışığı da başdan ayğa kimi əxlaqsızlıq ifadələrlə doludur. Bu o V.İskəndərlidir ki, dövlətimizi ləkələmək üçün öz doğma dədəsinin(?) qəbrini təhqir etdirməkdən çəkinmədi. Nədi-nədi, mənasız ittihamlarına reaksiya verilmədiyini görüncə, bu varianta əl atdı. Ancaq bir şeyi nəzərə almadı ki, buna heç kim inanmayacaq. Ondan fərqli olaraq ən ali dəyərlərin daşıyıcısı olan şəxsiyyətlər onun dədəsinin qəbrini təhqir etdirməzlər.

Artıq kələfin ucu çoxdan görünüb, bu vasitə ilə dövlətə təzyiq edə biləcəyini düşünən bu düşüncəsiz daha rəzil bir duruma düşdü.

Sərdar Cəlaloğlu: “Siyasi mühacir” adı ilə xaricdə yaşayanların çoxu Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayan “söyüş siyasətçiləri”dir"

ADP sədri Sərdar Cəlaloğlu xaricdə yaşayan bəzi “siyasi mühacirlər” adı ilə yaşayanları “söyüş siyasətçiləri” adlandıraraq, bildirib ki, belələri heç Azərbaycanda siyasətlə məşğul olmayıb və siyasətə qoşulublar: “Xüsusən, xaricdə yaşayan “siyasi mühacir” adı ilə yaşayanları nəzərdə tuturam. Onların bir çoxu Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayıblar. Baxın, siyasi mühacirlər də var, qeyri-siyasi mühacirlər də. Onlar tamamilə fərqli, təhqir və küçə səviyyəsində mübarizə aparırlar. Amma kimlər ki, siyasi proseslərdən keçib, onlarda bu cür qeyri-siyasi və etik normaları pozan nüanslar yoxdur. Ümumiyyətlə, təhqir, təkcə siyasi münasibətlərdə deyil, şəxsi münasibətlərdə də yolverilməzdir. Şərəf və ləyaqətin qorunması beynəlxalq hüquq normasıdır və ölkə konstitusiyası ilə müdafiə olunur”.

S.Cəlaloğlu deyir ki, erməni lobbisinin təsiri altında olan bu şəxslər öz mövqelərini də aydınlaşdıra bilməyiblər: “Özü demokrat deyil, “mən demokratam” deyir, həm də qarşısındakının şərəf və ləyaqətini alçaldır. Sən özün əgər beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərirsənsə, heç vaxt deyə bilməzsən ki, "mən hüquqlar uğrunda mübarizə aparıram". Birinci hüququ elə onun özü pozur. Bu baxımdan, onlar bəzi şeyləri qarışdırırlar. Çox ləyaqətsiz və aşağı səviyyəli sözlərdən istifadə edirlər. Adını da qoyurlar “mübarizə”. Söyüş söymək nə vaxtdan “siyasi mübarizə” üsulu olub? Mən bunu həm mənəvi terror adlandırıram, həm də siyasi xuliqanlıq. Başqa ad vermək mümkün deyil. Bu, siyasi xuliqanlıqdır və əks-tərəf də buna görə istənilən hərəkəti eləyir və Azərbaycanda da onlar AXCP sədri Ə.Kərimlinin "siyasi törəmələridir". Bu cür siyasi xuliqanlığın kökünü birdəfəlik Azərbaycandan yığışdırmaq lazımdır”.

Novella Cəfəroğlu: “Bu, siyasət deyil, tərbiyəsizlikdir”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Avropadakı «siyasi mühacir»lərin dövlət və hökumətin nüfuzlu xadimlərinə qarşı sərgilədikləri aşırı tərbiyəsizliklərə qarşı münasibət bildirərək, qeyd edib ki, ümumiyyətlə, heç bir milli azadlıq hərəkatında iştirak etməyənin indi xarici ölkədə özünü «mübariz siyasətçi» kimi təqdim etməsi yolverilməzdir. Həmçinin, təhqirlərlə çıxış edib, bunu «siyasi mübarizə», «müxalifətçilik» kimi qələmə verənlər ciddi şəkildə yanılırlar: “İlk öncə, hər kəs başa düşür ki, təhqirlə nəyəsə nail olmaq mümkün deyil. Tənqid etmək olar, amma heç kimə imkan verilmir ki, təhqir etsin. Siyasətdə isə, mübarizə daha doğru-dürüst getməlidir. Həmçinin, siyasətlə məşğul olan, siyasi mübarizə aparan şəxs rəqibinin xanımını, ailə üzvlərini necə təhqir edə bilər? Bu, insanlığa zidd davranışdır. Hansısa şəxslə siyasi mübarizə aparırsan-apar. Amma ailəni, xüsusilə, qadınları təhqir edirsənsə, artıq bu, siyasət deyil, tərbiyəsizlikdir”.

“Ailəni siyasətə qatmaq olmaz. Görünür, bəziləri ailənin müqəddəs olduğunu hələ dərk edə bilmirlər” deyən hüquq müdafiəçisi, onları əxlaqsız saydığını deyib: “Qırmızı cizgiləri aşmaq əxlaqsız hərəkətdir. Xüsusilə, son günlər sosial şəbəkələrdə hər gün çıxış edən milli azadlıq hərəkatı nədir anlayışı olmayan, çıxışları başdan ayağa qədər əxlaqsız sözlərlə dövlətdə olan məmurları təhqir etməsi ilə bağlı tezliklə cəzasını alacağına inanıram. Yalanın, şər və böhtanın da ölçüsü olar... Dövlət hamımızındır. Azərbaycan dövlətinin ünvanına mənfi söz deyəndə, mənə pis təsir edir. Dövlətə çamur atanların düşməniyəm”. Göründüyü kimi, Ə.Kərimli və onun Avropada yaşayan satqın mühacir törəmələri qrant almaq üçün dövlətə və xalqa xəyanət etdiklərini özləri bəyan edirlər. “Söyüş layihəsinin” “qəhrəmanları” Avropadan daha çox qrant almaq üçün xalqa və dövlətə düşmən kəsiliblər. Onlar hədəfə çatmaq üçün bir-biri ilə yarışırlar. Avropada yaşayan «siyasi mühacirlər» Məhəmməd Mirzəli və Tural Sadıqlı, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Arif Məmmədov, Sevinc Osmanqızı və bu kimi ər əxlaqsızlar özlərini xalqın «xilaskarı» və “qəhrəmanı” kimi təqdim edirlər. Həyasızlıq bundan artıq ola bilməz. Ermənidən betər erməni ola bilməz. Necə deyərlər, ilanın ağına da, qarasına da lənət. Artıq it hürüb, karvan keçib... Amma hər şey öz qaydasındadır. Xalqı üsyana səsləyən satqınlara yerləri göstərilib. Vidadi İskəndərli kimilər Azərbaycanda gedən inkişafı, təmin olunmuş iqtisadi sabitliyi, vətəndaşların dövlətdən məmnunluğunu qəbul edə bilməsələr də, Azərbaycan vətəndaşı bilir ki, ölkəmizin gələcəyi necə olacaq, Azərbaycanda dövlətin siyasəti hansı istiqamətdədir. Bu illər ərzində Azərbaycanda vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlədən vətəndaşlarımız məmnundur.

Yaxın müddətdə, V. İskəndərli kimi əxlaqsızları tezliklə Azərbaycan xalqı, dövləti və qanunları ittiham edəcək, müvafiq şəkildə cəzalandıracaq. Xainlərin istər qanunvericilikdən, istərsə də xalqın məzəmmətindən yaxa qurtarmaq şansları isə yoxdur.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə