“Azərbaycan hüquqi dövlətdir, heç kim qanundan üstün ola bilməz” Mehriban Abasquliyeva

“Azərbaycan hüquqi dövlətdir, heç kim qanundan üstün ola bilməz” Mehriban Abasquliyeva

Məlum olduğu kimi, 5-6 aya yaxındır ki. dünyanı ağuşuna alan da COVID-19 pandemiyasına qarşı Azərbaycan ən uğurlu mübarizə aparan ölkələrdəndir. Təsadüfi deyil ki, bu sahədə ölkəmizin təcrübəsi dünyada nümunə kimi göstərilir. Pandemiya ilə mübarizənin ilk günlərindən Prezident İlham Əliyevin rəhbərliyi ilə lazımi qabaqlayıcı kompleks tədbirlər görüldü, ölkənin bütün resursları insanların sağlamlığının qorunmasına səfərbər edildi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejimi, pandemiya şəraitində xüsusi davranış qaydalarını müəyyən edən tələblər qoyuldu və qaydalar tətbiq edildi. Məhz bunların nəticəsidir ki, bu gün ölkədə vəziyyət nəzarət altındadır”. Bu fikirləri YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib.

M.Abasquliyeva onu da bildirib ki, yarım il ərzində karantin rejimi vəziyyətə uyğun olaraq bəzən yumşaldıldı, bəzən də sərtləşdirildi: “Buna uyğun olaraq, qanunvericiliyə müvafiq dəyişikliklər də edildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə vətəndaşlara müraciət edərək, onları ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, karantin qaydalarına əməl etməyə çağırıblar. Onlar özləri şəxsi nümunə göstərərək qapalı məkanlarda maska taxır, bütün tədbirlərdə sosial məsafə saxlayırlar. Necə deyərlər, ən gözəl nümunə kimi hamını karantin rejiminə əməl etməyə çağırırlar. Belə olan halda, hər birimiz, kimliyindən və vəzifəsindən aslı olmayaraq karantin rejiminə heç bir səbəb olmadan əməl etməliyik. Çünki Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə də bu tədbirlər daha da sərtləşdirilməsi məqsədə uyğundur”.

Rayon təşkilatının sədri təəssüf hissi ilə onu da vurğulayıb ki, son günlər bəzi məmurlar xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə, toy, yas və s. mərasimləri təşkil edirlər ki, bu da cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb: “Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Belə olan halda, bu qanunları pozanlar yaxşı bilirlər ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Çünki qanun şahdır, şah qanun deyil! - dediyin halda, kimliyindən aslı olmayaraq hər bir kəs karantin rejiminə riayət etməlidir, çünki koronavirusla mübarizə ümummilli məsələdir. Heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata bilməz. Bunula bağlı Prezident İlham Əliyev cənabları dəfələrlə vurğulayıb ki, "Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, Heç kim qanundan üstün deyil. Əgər kimsə fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları onlara kömək edəcəklər səhv edirlər. Azərbaycan hüquqi-demokratik dövlətdir və qanun qarşısında hamı bərabərdir”.

“Dövlət lazıi tədbirləri görürsə, vətəndaşlarımız da təmkinli, səbirli və karantin rejiminə əməl etməlidirlər”, - deyən rayon təşkilatının sədri onu da vurğulayıb ki, görünür ki, karantin rejimində yumuşaldılmalar bir qrup insanda arxayınlıq hissi yaradıb və onlar məsuliyyətsizlik göstərərək, toy şənlikləri təşkil ediblər: “Bu isə cəmiyyətin hiddətinə və ciddi qınağına səbəb olub. Əgər kimsə bu qaydaları pozursa, kimliyindən asılı olmayaraq, qanun qarşısında cavab verməlidir, çünki hər kəs qanun qarşısında bərabərdir. Bir sözlə, hər bir şəxs mövcud reallığı, qanunun aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə vəzifəsindən asılı olmayaraq mütləq və mütləq şəkildə cavab verməli olacaq”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə