"Pandemiya şəraitində online təhsilin daha effektiv olması üçün nə edək?!" - Vebinar - FOTOLAR

28 avqust tarixində YAP Nərimanov rayon Gənclər Birliyinin və Bakı Biznes və Kooperasiya Kollecinin birgə təşkilatçılığı ilə "Pandemiya şəraitində online təhsilin daha effektiv olması üçün nə edək?!" mövzusunda zoom proqramı vasitəsilə vebinar keçirilib. SİA-nın məlumatına görə, vebinarın qonağı Bakı Biznes və Kooperasiya Kollecinin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fatimə Quliyeva gənclərə mövzu ətrafında geniş məlumat verərək, pandemiya şəraitində online təhsilin müsbət və mənfi tərəflərindən danışmışıb.

Həmçinin, F. Quliyeva bu müddət ərzində Kollecin həyata keçirdiyi təcrübə haqqında məlumat verib.

Müəllim heyəti, fəal gənclər və orta məktəb şagirdlərini əhatə edən 100 nəfərin iştirak etdiyi vebinarda Bakı Biznes və Kooperasiya Kollecinin pandemiya dövründə online imtahan və dərs prosesini özündə əks etdirən video-slayd təqdim olunub.

Daha sonra tədbirdə Kollec direktoru iştirakçıları maraqlandıran sualları cavablandırılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə