Yağıntıların bu ay çox olması Kür çayının aşağı axınında səviyyənin artmasına səbəb olub
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqust ayının üçüncü ongünlüyündə yağıntıların aylıq normadan çox olması Kür çayının aşağı axınında səviyyənin artması ilə nəticələnib.
SİA Xidmətə istinadən bildirir ki, avqustun 23-dən 26-dək səviyyə Kür çayının Surra məntəqəsində 140, avqustun 25-dən 28-dək Şirvanda 146 avqustun 24-dən 28-dək Salyanda 143 santimetr artıb.
Salyan və Neftçala rayonları ərazisində Kür çayı üzrə 14 məntəqədən götürülən su nümunələrinin analizi göstərir ki, Salyan rayonu ərazisində Qaraqaşlı məntəqəsində, Neftçala rayonu ərazisində Xocalı, Ərəbqardaşbəyli, Surra, Kürqarabucaq, Qaralı, Dördlər, Xıllı, Qaravəlli, Uzunbabalı, Seyidlər, Bankə qəsəbəsi, Oryad və Mayak 1 məntəqələrində duzluluq 0.5-0,9 qram/litr, yəni norma daxilində olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB