Ölkə ərazisində avqustun 31-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23°, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 31-33° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 763 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 30-34°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB