“Bakı-Xəbər” media qrupunun video-xəbər blokunun rusca variantı da fəaliyyətə başlayıb
Daim yenilənmə prosesində olan "Bakı-Xəbər" media qrupu daha bir yeniliyə imza atdı.
Bir neçə ay əvvəl video-xəbərlər blokunun Azərbaycan dili variantı fəaliyyətə başlamışdı. Bu günlərdə video-xəbərlərin həm də rusca yayımına başlanılıb. İzləyicilər "Bakı-Xəbər"in rusca video-xəbərlərini də Youtube üzərindən izləyə bilərlər.
Rus dilində bəzi video-xəbərləri
(https://www.youtube.com/watch?v=jhaIMqtCJp8, https://www.youtube.com/watch?v=PkF5E4m_mQI, https://www.youtube.com/watch?v=C3JeP8kMt8o) izləmək olar.
Xatırladaq ki, "Bakı-Xəbər" media qrupunun video-xəbərlər blokunun ingilis dili variantının da hazırlanması üzərində iş gedir. Beləliklə, "Bakı-Xəbər" izləyicilərinin qəzet və saytdan əlavə video-xəbərlər blokunun Azərbaycan, rus və ingilis dili variantlarını da izləmək imkanları olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB