"TRT World” Ermənistanın Tovuz təxribatı ilə bağlı geniş reportajı - VİDEO

"TRT World” Ermənistanın Tovuz təxribatı ilə bağlı geniş reportajı - VİDEO

Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World” Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb. SİA-nın məlumatına görə, kanalın heyəti Ermənistanın təxribatına məruz qalan ərazilərdə çəkiliş aparıb.

“TRT World”ün müxbiri Oubai Şahbandar dünyanın ən həssas sərhədlərindən birində baş vermiş toqquşmanın onu yenidən Azərbaycana – illər ərzində daha yaxından tanıdığı ölkəyə gətirdiyini deyir. O, tamaşaçılara Ermənistan silahlı qüvvələrinin təxribatı barədə ətraflı məlumat verir.

Bütün xəbərlər Facebook səhifəmizdə