Milli Məclisin deputatları tətildən qayıdır

Milli Məclisin deputatları tətildən qayıdır

Azərbaycan Milli Məclisinin deputatları gələn həftə tətildən qayıdacaqlar.

SİA xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edəcək.

Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq.

MM-in payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Sentyabrın 30-u çərşənbə gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə