Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə vurulan ziyan

Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə vurulan ziyan

Təkcə münaqişənin qızışdığı 1988-1989-cu illərdə Ermənistan Respublikasının 22 rayonundan 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Həmin köçürülmə illərində erməni cəlladlarının işgəncələrinə məruz qalmış 410 azərbaycanlı, o cümlədən, 57 qadın, 23 uşaq vəhşicəsinə qətlə yetirilmiş, müxtəlif bədən xəsarəti almış, onların yaşayış evləri və əmlakları qarət olunmuşdur. Nəticədə, Ermənistanda azərbaycanlılar yaşayan 9 min kv. km ərazi zəbt olunmuşdur.

Ermənistanın işğal etdiyi rayonlardan olan əhalinin yaşayış şəraiti pisləşdiyinə görə onları arasında təbii artım kəskin surətdə aşağı düşmüş, uşaq ölümü artmışdır. Bunu sabit il hesab olunan 1989-cu illə 1998-ci ilin müqayisəsi aydın göstərir İşğal olunmuş rayonların hamısında 1989-1998-ci illər arasındakı dövrdə doğum kəskin surətdə aşağı düşmüş, ölüm qismən artmış və təbii artım hər 1000 nəfərə görə həddən çox azalmışdır. Bu azalma (hər 1000 nəfərə görə) rayonların hamısında 11, 2 - 22,6 nəfər arasında olmuşdur. Göstərilən illərdə Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonları əhalisinin məskunlaşdıqları yeni yerlərdə təbii artım daha çox aşağı düşmüşdür. (16,9 - 22,6 nəfər arasında). İşğal olunmuş rayonların hamısında demoqrafik göstəricilər orta respublika səviyyəsindən aşağı olmuşdur.

İşğal olunmuş rayonlarda əhalinin təbii artımının aşağı düşməsinin başlıca səbəbləri: sosial və iqtisadi şəraitin həddən artıq ağır olması, dağ və dağətəyi zonalarının yaşayış şəraitinin, düzən yerlərdəki isti iqliminə uyğunsuzluğu, düşmələri və s.

Qaçqın və köçkünlərin ən ağrılı problemlərindən biri də onların işlə təmin olunması ilə bağlı çətinliklərdir. Azərbaycan Respublikası Qaçqınlar Komitəsinin verdiyi məlumata görə 1999-cu ildə 301359 nəfər və əmək qabiliyyətli qaçqın və məcburi köçkün olmuşdur, onların 196380 nəfəri yaxud ümumi əmək ehtiyatlarının 65,2%-i işsizdir.

Məcburi köçkünlərin 74 min nəfəri lazımi şəraiti olmayan çadır şəhərciklərində, 99 min nəfəri quraşdırılmış evlərdən ibarət qəsəbələrdə, 17,5 min nəfəri ictimai binalarda, məktəblərdə, uşaq bağçalarında və yataqxanalarda, 20,2 min nəfəri qohum evlərində, qalanları zəbt olunmuş mənzillərdə, yarımçıq qalmış tikililərdə, fermalarda, yük vaqonlarında və sadəcə olaraq, yol kənarlarında məskunlaşmışlar (1999)

Heç bir normal istilik, elektrik enerji təchizatı, sanitar-gigiyena şəraiti olmayan belə qaçqın məskənlərində doğulan uşaqların, onların valideynlərinin sağlamlığı təhlükə altında qalır.

Beləliklə, Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq nəfər qaçqın və köçkün əmələ gəldi, 20 min nəfər həlak oldu, 50 min nəfər əlil oldu, 5,1 min nəfər (1 iyun 1992-ci ilə qədər) əsir və itkin düşdü, işğal olunmuş rayonlarda əhalinin təbii artımı 22 - 26 nəfər arasında (hər 1000 nəfərə) aşağı düşdü.

Hələ Dağlıq Qarabağ münaqişəsindən əvvəl Azərbaycan dövləti dağ rayonlarının, o cümlədən, DQMV məhsuldar qüvvələrinin inkişaf etdirilməsi haqqında qərar qəbul etmişdir. Bununla bağlı olaraq, DQMV və zəbt olunmuş digər rayonların ərazisində tikinti işləri canlandırılmışdır. Burada güclü tikinti təşkilatları yaradılmış və yeni maşın mexanizmləri və nəqliyyat vasitələri gətirilmişdir. Yerlərdə güclü tikinti materialları müəssisələri, o cümlədən, DQMV-də mərmər zavodu tikilmişdir. İşğal nəticəsində yeni tikintilərə gətirilmiş bütün bu maddi-texniki baza məhv edilmiş və nəzərdə tutulan layihələr həyata keçirilməmişdir.

Zəbt olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tuturdu. Burada yeyinti, yüngül, tikinti materialları sənaye sahələri üzrə müəssisələr daha çox inkişaf etmişdir.

Göstərilən sahələrin bu regionda inkişafına güclü kənd təsərrüfatı xammal və yerli təbii ehtiyatlar müsbət təsir göstərirdi.

Tutulmuş ərazilərin sənaye sahələrindən ən güclü inkişaf edənləri yerli əhalinin ərzaqla təmin olunmasında mühüm əhəmiyyət kəsb edən yağ-pendir, şərabçılıq və qismən də yüngül sənaye sahələri idi. Dağlıq Qarabağ MV-nin sənaye sahələri tərkibi və inkişaf səviyyəsinə görə keçmiş Azərbaycan SSR-nin iqtisadi regionları arasında dördüncü yeri tuturdu. (Abşeron, Gəncə-Qazax, Naxçıvan MR).

İşğal olunmuş rayonların sənaye potensialı əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində cəmlənmişdir. Sayca ən çox sənaye və tikinti müəssisələri (137 müəssisə) bu vilayətin ərazisində yerləşdirilmişdir. İşğal altında olan rayonların bütün sənaye məhsulların 40%-ə qədəri və yaradılmış əsas fondların 18,7 %-i bu vilayətin və sənaye məhsulunun 5%, əsas fondların 41% Füzuli və Ağdam rayonlarının payına düşür. Sənaye və tikinti sahəsində ikinci pilləni Ağdam və Füzuli inzibati rayonları (sənaye məhsulunun 51, əsaslı fondların 41%-i), yerdə qalan 5 inzibati rayonlarda - Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilanda sənaye xeyli zəif inkişaf etmişdir. Azərbaycan SSR-nin 1988-ci ildə ümumi sənaye məhsulunun 2,7 faizi, əsas fondların 3,4 % işğal altında olan rayonların payına düşürdü.

Ayrı-ayrı sənaye məhsullarına görə işğal olunmuş rayonların Azərbaycan SSR-də xüsusi çəkisi belə olmuşdur:

Divar materialları - 11,0%, tikinti əhəngi 7,8%, tikinti materialları - 3,0% ayaqqabı - 11,0 %, ət - 5,0%, konservlər - 6,9 %, inək yağı - 25,2%, şərab materialları - 35%, xam ipək - 13,5%, yun -19.3, mineral su - 11,5% və i. a.

Həmin rayonlarda İstisu və Turşsu mineral su qablaşdıran müəssisələri, Dağlıq Qarabağ və Ağdamdakı mərmər, mişar daşı zavodları, çoxlu keyfiyyətli və hətta keçmiş SSRİ-də məşhur olan "Ağdam" tipli şərablar və digərlərini istehsal edən şərab zavodları, yağ-pendir müəssisələri, toxuculuq və ayaqqabı fabrikləri, Qarabağ İpək Kombinatı və s. fəaliyyət göstərirdi. Bakı müəssisələrinin burada tikilmiş 50-dən çox yeni filialları işğal olunmuş ərazilərdə qalmışdır. Ümumiyyətlə, bu regionda 183-dən çox sənaye və 127 tikinti müəssisələri qalmışdır.

Azərbaycan qızılının kəşf olunmuş və qiymətləndirilmiş ehtiyatlarına görə İran, Türkiyə, Əlcəzair, Böyük Britaniya, Almaniya və s. kimi dövlətlərlə bir sırada durur. Azərbaycan əraziləri ermənilər tərəfindən işğal olunmasaydı, hazırda işğal zonasında qalmış Qızılbulaq, Vecnəli və Söyüdlü (Zod) məxsusi qızıl filizi yataqlarının istismara cəlb olunması respublikada qızılçıxarma sənayesinin infrastrukturunun yaradılmasına, planlı hasilatın aparılmasına imkan verəcək, digər tərəfdən isə sənayenin digər sahələrinin unkişafına yardımçı olacaqdı və respublikanın etibarlı qızıl fondu yaradılacaqdı. İşğal nəticəsində isə nəinki bu gəlirlər əldə olundu, əksinə bu qızıl yataqlarının ehtiyatları ermənilər tərəfindən talan olunub qurtarmaq üzrədir. Məxsusi qızıl yataqlarında dağ-geoloji şəraitin, qızılın yüksək miqdarının, filizlərin asan zənginləşdirilməsi texnologiyasının, eləcə də kapital qoyuluşu və qoyulmuş xərcləri ödəmə müddətinin əlverişli olması da Azərbaycanın itkilərinin çoxluğundan xəbər verir. Civə minerallaşması Böyük və Kiçik Qafqazın bütün metallogenik zonalarında aşkar edilmişdir.

İşğal olunmuş ərazilərdə civənin sənaye əhəmiyyətli ya-taqları Kəlbəcər və laçın rayonlarında müəyyən edilmiş, sənaye ehtiyatları da hesablanmış, bir neçə yataqda da istismar işləri getmişdir.

Bununla belə, ərazidə ehtiyatları təsdiq olunmuş yataqlardan (levçay, Ağyataq, Narzanlı, Çilgəzçay və s.) başqa, tam qiymət-ləndirilməmiş perspektivli təzahürlər (Ağqaya, İpək, Elyeri və s.) və böyük miqdarda proqnoz resurslara malik qiymətlən-dirilməmiş perspektivli sahələr də mövcuddur167. Göstərilənləri, eləcə də kimya sənayesinin və respublika xalq təsərrüfatının di-gər sahələrinin civəyə olan tələbatının ödənilməsi vacibliyini nəzərə alaraq aşağıdakı işlər kifayət qədər gəlirlərin əldə olun-masına səbəb olacaqdır: - əvvəllər aparılmış işlərlə müsbət qiy-mətləndirilmiş yataqların (Narzanlı, Çizgəlçay və s.) ehtiyat-larının təsdiqi üçün əlavə kəşfiyyat işlərinin aparılması; - civə-nin sənayə əhəmiyyətli yığımlarının aşkar edilməsi üçün pers-pektivli sahələrdə axtarış və axtarış-qiymətləndirmə işlərinin aparılması. Mineral – xammal bazasının işğal olunmuş ayrı-ayrı inzibati rayonlar üzrə təhlili göstərir ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində tikinti materiallarının çox böyük ehtiyatları var idi və ərazi üzrə qeyri-bərabər paylanmışdır. Ərazidə aşkar edilmiş yataqların işlənilməsinin texniki-iqtisadi göstəriciləri istismar müəssisələrinin yüksək rentabelliklə fəaliyyət göstərəcəyinəi təsdiq edirdi. Dağ-mədən müəssisələrinin gücünü artırmaqla təkcə üzlük daşı yataqlarının işlənməsindən ildə milyardlarla ABŞ dolları həcmində gəlir əldə edilməsi mümkün idi. Məlumdur ki, üzlük daşı məmulatlarına xarici və daxili bazarda tələbat yüksəkdir. Hələ işğal olunmuş dövrədək kəşfiyyatı aparılmış mişar daşı, eləcə də gil və qum-çınqıl yataqlarının istismara cəlb edilməsi ilə ildə yüz milyonlarla ABŞ dolları gəlirin əldə edilməsi mümkün idi.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyət... http://azerbaijan.az/portal/Karabakh/Arme-nianAgression/armenianAgression_a.html?armenianAgression_04

Digər tərəfdən, göstərilən yataqların istismara cəlb olunması minlərlə adamın iş yeri ilə təmin olunması demək olacaqdı və bu da Azərbaycanın hərtərəfli iqtisadi inkişafına ermənilər tərəfindən vurulmuş zərərlər deməkdir. Son 23 il ərzində işğal altındakı ərazilərdəki yataqlarda erməni talançılığı baş verdiyindən uzun müddət ərzində və böyük maliyyə sərf etməklə formalaşdırılmış mineral-xammal bazasının vəziyyətini bilmək üçün gələcəkdə işğaldan azad olunduqdan sonra ərazidə xüsusi geoloji-təftiş işlərinin aparılması zəruridir.

Azərbaycan Respublikasının ərazisi mineral suların müxtəlif tipləri ilə zəngindir. Belə ki, geoloji quruluşu və hidrogeoloji formalaşma şəraitindən asılı olaraq kimyəvi və qaz tərkibinin rəngarəngliyi, hərarətin müxtəlifliyi ilə fərqlənən və özündə 1000-dən çox təbii çıxışı ehtiva edən 200-dən artıq mineral su mənbəyi (bulağı) məlumdur. Tərkibində olan ionların miqdarı nisbətinə görə hidrokarbonatlı, hidrokarbonat-xloridli, hidrokarbonat-xlorid-sulfat, hidrokarbonatlı-sulfatlı, xlorid- hidrokarbonatlı, sulfat-xloridli, qaz tərkibinə görə karbonqazlı, hidrogen sulfidli, azotlu, metanlı, hərarətinə görə isə soyuq (20 °Ъ-yə qədər), subtermal (20-37 °Ъ), termal (37-42 °Ъ) və hipotermal (42 °Ъ-dən çox) sular ayrılır və işğal olunmuş ərazidə olan mineral sular tərkibində karbon qazının yüksək olması ilə fərqlənir.

Regionda güclü kommunikasiya xətləri və obyektləri yaradılmışdır. Ümumi uzunluğu 25 min km olan avtomobil və torpaq yolları, ümumi uzunluğu 3984 metr olan 160 ədəd körpü, 14,5 min km uzunluğunda elektrik xətləri, 2500 ədəd transformator, 2,3 min km su kəməri xətləri, 2,0 min km qaz kəməri, ümumi uzunluğu 240 km olan kanalizasiya xətləri, 160 ədəd su tutarları, 34 ədəddən çox qaz paylayıcı qurğuları, 35 min nömrəlik telefon stansiyaları və s. dağıdılmışdır.

Eyni zamanda 4 aeroport, Bakı-Ağdam və Horadiz-Ordubad dəmiryolu xətləri, Bakı-Stepanakert-Naxçıvan qaz kəməri və s. işğal olunmuş ərazilərdə qalmışdır.

Beləliklə, Ermənistanın işğal etdiyi rayonlarda 310-dan çox sənaye və tikinti obyekti qalmışdır bu obyektlər Azərbaycanda istehsal edilən divar materiallarının 11,0 %-ni, ayaqqabı istehsalının 11%-ni, inək yağının 25,2%-ni, şərab materiallarının 35%-ni, xam ipəyin 13,5%-ni, mineral suların 15%-ni və s. verirdilər.

Vahid Ömərov f.ü.f.d. dos

Bütün xəbərlər Facebook səhifəmizdə