Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə məhrumiyyətlərə görə dəyən zərərlər
Hərbi münaqişələr nəticəsində dəyən mənəvi zərərlərin ölçülməsi mümkün olduqda dolayı və uzunmüddətli itkilər hesablanır. Dolayı və gələcəkdə baş verəcək təsirlərin ehtimalı və yarada biləcəyi orta və ya proqnozlaşdırılmış xərclər qiymətləndirilir. Məsələn, zorakılığa məruz qalmış uşaqların ali təhsil almaması səbəbindən itirdikləri qazanc müqayisə əsasında qiymətləndirilə bilər. Bu zaman təhsil müddətində qazanclar, təhsil haqqı kimi əks amillər çıxıla bilər. Başqa bir variantda birbaşa və dolayı təsirlərin nisbəti müəyyən edilməklə dolayı təsirlər qiymətləndirililə bilər.
Münaqişələr nəticəsində yaranan zərərlərin kifayət qədər məlumat bazası olduğu halda kəmiyyət qiymətləndirilməsi də aparıla bilər. Belə ki, işğal nəticəsində qaçqın (köçkün) həyatı yaşayan insanların nə qədər az qazanc əldə etdikləri və onların sosial müdafiəsi üçün xərclənən büdcə vasitələrini müəyyən etməkolar.
İşğal nəticəsində dəyən zərərin qiymətləndirilməsində ilkin mərhələ zərərçəkənlər arasında sorğunun keçirilməsi olabilər.
Sorğu zamanı respondentlərin güc tətbiqi ilə bağlı dəymiş zərərin məbləği barəsində fikri öyrənilir. Bu sorğular üç növ olur:
1. Seçmə üsul - respondentlərdən güc tətbiqinin nəticələrini qiymətləndirmək və ya hər hansı arzu olunan nəticəyə nail olmaq üçün nə qədər pul xərcləməyə hazır olduqlarını bildirmələri xahişolunur.
2. Hedonik – faktiki davranış məlumatları əsasında güc tətbiqinin nəticə-lərinin qiymətləndirilməsi. Məsələn, güc tətbiq olunan ərazilərdə və normal ərazi-lərdə yerləşən əmlakın dəyəri arasındakıfərq müəyyən edilir (sərhədyanı və müharibə zonasında yerləşən əmlakın qiymətləndirilməsində istifadə olunabilər).
3. Həyatın dəyəri - respondentlərdən öz təhlükəsizliyini təmin etmək üçün nə qədər əlavə xərc çəkməyə hazır olduqları barəsində soruşulur.
Rəsmi sənədlərdə işğal edilən ərazilər 20 %-ə qədər göstərilsə də işğal zonasına yaxın yaşayış məntəqələrində normal həyat şəraitinin və təsərrüfatla məşğul olmaq imkanlarının olmadığını nəzərə alsaq demək olar ki, hazırda Azərbaycan ərazisinin 25 %-ə qədəri erməni təcavüzünün nəticələrini öz üzərində hiss etməkdədir. Ermənistanın təcavüzü Azərbaycan üçün, hər şeydən əvvəl, böyük insan itkiləri və iztirabları ilə müşayiət olunan ciddi problemlər yaratmışdır. İşğaldan sonrakı ilk illərdə məcburi köçkünlərin həyat şəraitinin pis olması, əhalinin təbii artımının azalmasına və uşaqölümünün artmasına səbəb olmuşdur.
Ümumiyyətlə, işğal nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş, 20 min nəfər həlak olmuş, 50 min nəfər əlil olmuş, 4, 51 min nəfər (1 iyul 1992 – ci il tarixinə) əsir və itkin düşmüşdür. Nəticə etibarilə qeyd olunan tarixə 75 min nəfərə yaxın Azərbaycan vətəndaşı ölkənin sosial - iqtisadi həyatında aktiv iştirakdan məhrum olmaqla yanaşı dövlət büdcəsinə və bir sıra büdcədənkənar fondlara külli miqdarda əlavə vəsait xərcləri obyektinə çevrilmişlər. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi vaxtilə həmin ərazilərdə yaşayan əhalinin demoqrafik göstəricilərinə də öz təsirini göstərmişdir. Belə ki, işğaldan sonrakı ilk illərdə məcburi köçkünlərin həyat şəraitinin pis olması əhalinin təbii artımının azalmasına və uşaq ölümünün artmasına səbəb olmuşdur.
Statistik rəqəmlərin təhlili göstərir ki, 1998-1999-cu illərdə bütün işğal olunmuş rayonlar üzrə hər min nəfərə görə təbii artım 11,2-22,6 nəfər, Cəbrayıl, Qubadlı, Ağdam və Zəngilan rayonlarında isə 16,9-22,6 nəfər azalmışdır. Azərbaycan hökumətinin qaçqınların və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi və sağlamlığının qorunması istiqamətində apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrinə baxmayaraq hələ də bu sahədə müsbət nəticələr əldə etmək çətindir ki, bu da Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan ailələrinə və vətəndaşlarına vurduğu mənəvi, psixoloji zərbələrin və gətirdiyi sosial- iqtisadi problemlərin nəticəsidir.
Ermənistanın işğal etdiyi rayonlardan olan əhalinin yaşayış şəraiti pisləşdiyinə görə onları arasında təbii artım kəskin surətdə aşağı düşmüş, uşaq ölümü artmışdır. Bunu sabit il hesab olunan 1989-cu illə 1998-ci ilin müqayisəsi aydın göstərir İşğal olunmuş rayonların hamısında 1989- 1998-ci illər arasındakı dövrdə doğum kəskin surətdə aşağı düşmüş, ölüm qismən artmış və təbii artım hər 1000 nəfərə görə həddən çox azalmışdır. Bu azalma (hər 1 000 nəfərə görə) rayonların hamısında 11, 2 - 22,6 nəfər arasında olmuşdur. Göstərilən illərdə Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonları əhalisinin məskunlaşdıqları yeni yerlərdə təbii artım daha çox aşağı düşmüşdür. (16,9 - 22,6 nəfər arasında). İşğal olunmuş rayonların hamısında demoqrafik göstəricilər orta respublika səviyyəsindən aşağıolmuşdur.
İşğal olunmuş rayonlarda əhalinin təbii artımının aşağı düşməsinin başlıca səbəbləri sosial və iqtisadi şəraitin həddən artıq ağır olması, dağ və dağətəyi zonalarının yaşayış şəraitinin düzən yerlərdəki isti iqlimə uyğunsuzluğu və s.-dir.
Qaçqın və köçkünlərin ən ağrılı problemlərindən biri də onların işlə təmin olunmasıilə bağlı çətinliklərdir. Azərbaycan Respublikası Qaçqınlar Komitəsinin verdiyi məlumata görə 1999-cu ildə 301 359 nəfər və əmək qabiliyyətli qaçqın və məcburi köçkün olmuşdur, onların 196 380 nəfəri yaxud ümumi əmək ehtiyatlarının 65,2 % -i uzun müddət işsiz qalmışdır.
Uzun müddət ərzində məcburi köçkünlərin 74 min nəfəri lazımi şəraiti olmayan çadır şəhərciklərində, 99 min nəfəri quraşdırılmış evlərdən ibarət qəsəbələrdə, 17,5 min nəfəri ictimai binalarda, məktəblərdə, uşaq bağçalarında və yataqxanalarda, 20,2 min nəfəri qohum evlərində, qalanları zəbt olunmuş mənzillərdə, yarımçıq qalmış tikililərdə, fermalarda, yük vaqonlarında və sadəcə olaraq, yol kənarlarında məskunlaşmışdılar ki, heç bir normal istilik, elektrik enerji təchizatı, sanitar-gigiyena şəraiti olmayan belə qaçqın məskənlərində doğulan uşaqların, onların valideynlərinin sağlamlığı daimi təhlükə altındaidi.
Yuxarı Qarabağ iqtisadi rayonunun böyük hissəsinin işğalının davam etməsi əhali coğrafiyasının bütün struktur elementlərinə güclü təsir göstərir. Artıq 1990–cı illərdən başlayaraq azərbaycanlılar, Qarabağın dağlıq və dağətəyi rayonlarından kütləvi şəkildə köçürülmüş, onların kənd və qəsəbələri yandırılmış, Xocalı soyqrımı və digər ağır faciələrə məruz qalmışlar. Hal-hazırda Ermənistan tərəfin-dən işğal olunmuş Azərbaycan Respublikası ərazilərində yalnız ermənilərdən ibarət monomilli tərkibli əhali yaşayır. Belə vəziyyət regionun milli tərkibi, demoqrafiyası və s. göstəricilərinə mənfi təsirgöstərir.
Beynəlxalq hüquq prinsiplərinə, BMT və ATƏT-in qərar və qətnamələrinə məhəl qoymayan və dünya dövlərlərinin də məsələyə biganəliyi ucbatından cəzasını hələ də almayan işğalçı Ermənistan dövləti bu gün də dünya tarixində misli görünməmiş irticaçılıqla məşğuldur.
İşğal prosesinin davam etməsi Azərbaycan Respublikasına vurulmuş zərərin ilbəil artmasını şərtləndirir. Bu da əsasən işğal ərazilərində olan təbii-iqtisadi potensialdan məhrumiyyətlər hesabına itkilərin və qaçqın və məcburi köçkün həyatı yaşayan əhalinin sosial təminatı ilə bağlı dövlət xərclərinin artması, beynəlxalq normalara zidd olaraq erməni silahlı qüvvələrinin atəşkəs rejimini pozması və bunun da əlavə insan itkiləri, yaşayış evlərinin, kənd təsərrüfatı texnikasının zədələnməsi, eləcə də becərilmiş məhsulun bir hissəsinin sahələrdə toplanılmamış qalması ilə nəticələnməsi hesabına baş verir.
Aparılan sosioloji tədqiqatlardan məlum olmuşdur ki, hələ keçən yüzilliyin sonlarında turizm sahəsindən dünyada əldə olunan gəlirin həcmi ABŞ dolları ilə 450 milyardı ötüb keçmişdir. Onun inkişafının orta illik artım faizi isə 4,3 faizdən çox olmuşdur. Bunun əsassəbəbləriinsanların dünyanın öyrənilməsinə artan tələbatı, əhalinin həyat səviyyəsinin artması, nəqliyyatın, texnologiyaların, o cümlədən informasiya kommunikasiya texnologiyalarının inkişafı, qloballaşma və s.-dir.
Hazırda Qarabağda turizm, iqtisadi inkişaf proqramının əsas sahələrindən biri təşkil edir. Qondarma “DQR”-nın “turizm idarəsinin məlumatlarında son illər turizm sahəsinin inkişafına dövlət investisiyalarının artırıldığını bildirilir. Xaricdə yaşayan erməni sahibkarlar, o cümlədən əsli qarabağlı biznesmenlər tarixi abidələrin bərpasına maddi yardım göstərir, Qarabağda yeni mehmanxanalar tikirlər.
1992-ci ildə təsis edilmiş “Hayastan” Ümumerməni FonduDağlıq Qarabağda kommunikasiyaların tikintisini maliyyələşdirir. Fond xarici erməni diasporunun xeyriyyəçiliyi nəticəsində fəaliyyət göstərir. Dağlıq Qarabağa səyahət edənlərin coğrafiyası da genişlənməkdədir. Tanınmamış “respublika”nın “Xarici İşlər Nazirliyi” konsulluq xidmətinin məlumatına əsasən, hazırda Qarabağa səyahət edən Ermənistan vətəndaşlarının sayı xaricdən gələnlərin 40 faizini təşkil edir. MDB ölkələrindən başqa, Dağlıq Qarabağa Avropa İttifaqı, Amerika, Asiya, Afrika ölkələrindən səyahət edirlər. Son iki ildə İrandan gələnlərin sayı artıb. Xankəndidə tikilən yeni hava limanının işə buraxılması isə Qarabağda turizmin daha da inkişaf edəcəyinə dair ermənilərin ümidləri artırmışdı.
Vahid Ömərov f.ü.f.d.dos.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB