Frantişek Çapka: "Bu gün Azərbaycanda gördüyümüz bütün irəliləyişlər məhz ulu öndərin siyasətilə bağlıdır"-MÜSAHİBƏ- SƏSTV
Brno Texnologiya Universitetinin professoru İvan Meznik, Azər Kərimov və Masarik Universitetinin professoru Frantişek Çapkanın SƏS TV-yə müsahibəsi:
-Əvvəla Azərbaycana xoş gəlmisiniz, ölkəmizlə bağlı təəsüratlarınız necədir və yaşadığınız Avropa ölkəsi ilə Azərbaycan arasındakı fərqi necə izah edərdiniz?
Frantişek Çapka:
-Biz Azərbaycana gəldiyimizə görə çox şadıq və Yeni Azərbaycan Partiyasına bizi dəvət etdiyinə görə öz dərin təşəkkürümüzü bildiririk. Burada olmağımız bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın haqqında danışılan inkişaf dinamikasını öz gözlərimizlə görür və alqışlayırıq. İqtisadi, siyasi, mədəni sahədə Azərbaycanın inkişafı göz qabağındadır. Yeni komplekslərin tikilməsi, kommunikasiya sahəsindəki yeniliklər və bunun kimi bir sıra digər hadisələr Azərbaycanın inkişaf dinamikasının hər gün daha da irəlilədiyini göstərir.
-Bildiyiniz kimi bu il Azərbaycanda ulu öndər Heydər Əliyevin doğumunun 88-ci il dönümü ilə əlaqədar tədbirlər keçirilir. Azərbaycanın ulu öndəri haqqında sizin düşüncələriniz və dahi liderin hafizənizdəki izləri haqqında nə deyə bilərsiniz?
-İvan Meznik:
-Ümumiyyətlə, azərbaycanlıların gözlərinə baxanda onların nə qədər həyatsevər insan olduqları açıq şəkildə hiss olunur. Amma onu qeyd etməliyəm ki, bütün bunlar onların həyat tərzinin və ölkələrindəki inkişafın real təsirləridir. Sözsüz ki, bu reallığın, bu firavan həyatın bünövrəsi Azərbaycan xalqının mərhum prezidenti ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bünövrəsi möhkəm olan bu siyasət çox böyük müvəffəqiyyət və uğurla Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Şahidi olduğumuz bu uğurlara şad olduğumuzu da dilə gətirmək istəyirik.
-Frantişek Çapka:
-Biz bu səfərimizdə əmin olduq ki, bu cür firavan həyat yaşayan xalqa müharibə lazım deyil. Heydər Əliyev nəinki Azərbaycan, hətta dünya tərfindən də tanınan və fəaliyyəti ilə bütün ölkələr tərəfindən alqışlanan lider olub. Bu gün Azərbaycanda gördüyümüz bütün irəliləyişlər məhz ulu öndərin siyasətilə bağlıdır. Biz Azərbaycan xalqını bu cür firavan həyat yaşadıqlarına görə şanslı hesab edirik.
-Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ermənilər tərəfindən işğal olunmasına çex ziyalılarının münasibəti necədir?
-İvan Meznik:
-Bir tarixçi alim kimi, mən Dağlıq Qarabağ probleminin tarixini, yaranmasını, qaynaqlarını araşdırmışam. Qismən də olsa bu problemlə bağlı fikirlərə yiyələnmişəm, çünki mən bir tarixçi olaraq gənc nəslə dərs deyirəm və onları bu problemin varlığı, kökləri ilə tanış etmək şəxsən mənim borcumdur. Dağlıq Qarabağ probleminin vacibliyini bilirik və biz bu problemin həlli istiqamətində atılan addımların sürətləndirilməsinin tərəfindəyik. Mən qeyd etmək istəyirəm ki, artıq 2 ildir ki, Xocalı faciəsi ilə bağlı Masarik universitetində anım mərasimləri keçirilir. Bizim tələbələrimiz də bu problemin araşdırılmasında maraqlıdırlar.
-Frantişek Çapka:
-Biz Qarabağ problemini eyniliklə yaşamış kimi hiss edirik. Çünki bu cür anoloji problemləri Çexiya xalqı da yaşayıb. İkinci Dünya müharibəsindən sonra bizim xalqımız da belə problemlərlə üz-üzə qalıb, ona görə də biz işğal faktının nə demək olduğunu və soyqırıma məruz qalanların keçirdiyi hissləri anlayırıq. Belə məqamda mən demək istəyirəm ki, Azərbaycan xalqının bu probleminin həlli istiqamətində işlər görülməli, bu konflikt köklü surətdə həll olunmalıdır.
-Azər Kərimov:
-Bizim xarici qonaqlarımız müstəqil Azərbaycan dövlətin lideri ulu öndər Heydər Əliyevin bu dövlətin qurulmasında və formalaşdırılmasında hansı rolu oynadığını dəqiq bilirlər. SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsinə qədər yüksəlmiş mərhum liderimiz Heydər Əliyev Azərbaycanın başına gələn hadisələrə həmişə öz sərt mövqeyini bildirib. Hələ o dövrlərdən başlayaraq Heydər Əliyev Azərbaycan xalqını öz qanadlarının altında qoruyurdu. 1990-cı il yanvar hadisələrində azərbaycanlıların qarşılaşdıqları haqsızlıqlarda onları müdafiə edən və uzun illər sədaqətlə xidmət etdiyi kommunist partiyasının bu davranışlarına cəsarətlə öz etirazını bildirən Heydər Əliyevin etdikləri heç bir gənc tərəfindən, ümumiyyətlə heç bir vətəndaş tərəfindən unudulmamalıdır.
Biz bu il ulu öndərin doğumunun 88-ci il yubileyi münasibətilə keçiriləcək konfransın qonaqları olaraq Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycana gəlmişik və bunun üçün təşkilatçı partiyaya öz səmimi təşəkkürümüzü bildiririk. Diqqətinizə çatdırım ki, respublikamızda təhsil, elm, mədəniyyət, siyasət, iqtisadiyyat və digər sahələrdə gedən quruculuq işləri beynəlxalq aləmdə də dəstəklənir və alqışlanır.
-Bəli, bu gün Azərbaycan yüksələn dəyər mövqeyindədir. Azərbaycan beynindəki kiçik sual, ürəyində qaysaq bağlamış ən böyük yarası ilə beynəlxalq aləmdə müzakirə edilən dövlətdir. Unutmayaq ki bütün bunları haqqında danışmaqla şəxsiyyətini ifadə edə bilməyəcəyimiz ulu öndərimiz Heydər Əliyevə borcluyuq!

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB