Mehriban Əliyeva - müasir Azərbaycanı islahatların episentrinə çevirən ANA qüvvə Türkiyədən yazırlar
Başlıqda da söylədiyimiz kimi, müasir Azərbaycan islahatların episentrinə çevrilib. Bunun isə özünəməxsus cəhətləri var. Ölkəmiz müstəqillik qazandıqdan sonra olduqca mürəkkəb inkişaf yolu keçərək bu günlərə kimi gəldi. Bu inkişaf mərhələsinin bir dövrü heç şübhəsiz ki, Azərbaycan respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı ilə sıx surətdə bağlıdır. Bədxahları ona cənab Prezident İlham Əliyev tərəfindən etimad göstəriləndə təbiri caizsə dodaq büzürdülərsə, artıq özləri də fərqindədirlər ki, Mehriban xanım dinamik bir Azərbaycan üçün çalışır, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş olan böyük bir kursu novatorluğu ilə irəli aparır, bu yöndə yeniliklərə meyllidir, məhz elə buna görə də xalq arasında böyük nüfuza sahibdir. Cəmiyyətin hansı sferasında olmasından asılı olmayaraq bu gün kimdən soruşsanız deyər ki, Mehriban xanım üçün insan faktoru, onun kapitala çevrilməsi əsas amildir. Atalarımızın bir misalı yada düşür bu yerdə: “ot kökü üstə bitər”… İnsan kapitalına böyük önəm verməsi, insanlarla bu qədər sadə, mehriban rəftar etməsi onun həm böyük ziyalı, ətrafında hər zaman xeyirxah insan kimi xatırlanan Mir Cəlal Paşayev dühasından rişələnməsi ilə əlaqədirsə, eyni zamanda Ulu Öndər Heydər Əliyev məktəbində aldığı siyasi – ictimai kamillik dərsləri ilə də sıx surətdə bağlıdır. Müstəqilliyimizin demək olar ki, 20 – 25 ilində Mehriban xanımın bu müstəqilliyin qorunmasında, ölkənin sosial ictimai strukturlarının inkişaf etdirilməsində, milli mənəvi dəyərlərə verilən önəmdə, ölkə idarəetməsinin gəncləşdirilməsində, regional və qlobal layihələrdə ölkənin əsas aktorlardan birinə çevrilməsində onun böyük əməyi var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bərabər bizim fərqində olduğumuz və ya olmadığımız çətinliklərə birlikdə sinə gərən, təhlükələri öz ağlı, məntiqi və dəmir iradəsi ilə ortadan qaldıran əsas qüvvə məhz Mehriban xanımdır. Ortaya belə bir sual çıxır: bir sadə azərbaycanlının gözündə Mehriban xanım niyə belə ucalardadır? Çünki, Mehriban Əliyevanın timsalında xalq onların dərdləri ilə dərdlənən, sevinci ilə sevinən, yeri gələndə rahatlıqla protokol qaydalarından kənara çıxmağı bacaran, bir körpə uşaq görəndə bir ANA şəfqəti ilə başını oxşayan, bir şəhid övladını, bir şəhid anasını qucaqlayanda gözlərini dolan bir ANA obrazı görürlər. O, cənab Prezidentlə bərabər daim insanların yanındadır, insanlar ondan çəkinmir, qorxmur, tam tərsinə onun görüşünə tələsirlər. Qısacası, vətəndaşlarımız şəfqət təcəssümü kimi qəbul ediblər. Ona olan sevginin kökündə yatan amil də məhz budur. Bu, eyni zamanda onu da göstərir ki, xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək. 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edildikdən sonra ilk çıxışı zamanı dediyi cümlələr əslində Mehriban xanımın həyat kodeksini təşkil edir. Hansı işə əl atırsa atsın, insanların vətəndaşların etimadını qazanmağı qarşısına məqsəd qoyur, bu yolda inamla, qətiyyətlə addımlayır, ideallarına, dəyərlərinə hər zaman sadiqlik nümayiş etdirir. Çətin, dilemmalarla dolu bir dövrdən keçən ölkəmiz üçün isə inam və qətiyyət isə ən vacib şərtdir. Mehriban xanım əminəm ki, öz qətiyyəti, iradəsi və əzmi sayəsində öz uğurlu komandası ilə ölkəmizi bu çətin dövrdən də alnıaçıq, üzüağ çıxaracaq və bu yolda bizim boynumuzun borcu bizim ona öz dəstəyimizi nümayiş etdirməkdir. Ad gününüz bir daha qutlu olsun, Mehriban xanım!
Oktay HACIMUSALI,
Türkiyə Jurnalistlər Birliyinin Ankara təmsilçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB