Ekspert: “Azərbaycan ordusunun belə savadsız nazirin sərsəm bu təxribatlarına güc tətbiqi ilə cavab vermək hüququ var”
Son aylar Azərbaycanın sərhəd ətrafında işğalçı Ermənistanın təxribat törətmək istəkləri biabırçı uğursuzluqla nəticələnməkdədir. Bu isə, Ermənistanda yaranmış gərgin vəziyyəti daha da çətin duruma gətirir. İndi artıq elə bir gün olmur ki, Ermənistanda vəziyyətin dünənkinə nisbətən daha ağır olduğu barədə xəbərlər gəlməsin. Baş verən bu hadisələrlə bağlı xarici ekspertlər bildirirlər ki, Azərbaycan ordusunun belə savadsız nazirin sərsəm təxribatlarına güc tətbiqi ilə cavab vermək hüququ var.
Qazaxıstan politoloqu Daniyar Qasımov: “iyulun 12-də Azərbaycan və Ermənistanın dövlət sərhədində, onun ardınca Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun törətdikləri təxribatlar cinayətdir. Çünki Ermənistan hərbçiləri Azərbaycanın sərhəd bölgələrinin mülki əhalisinə qarşı cinayət törədiblər. Hesab edirəm ki, Azərbaycan ordusunun bu təxribata güc tətbiqi ilə cavab vermək hüququ var. Yerini bilməyənləri belə yerini göstərmək lazımdır”.
Riçardas Lapaytis: “İnanıram ki, az bir zamanda Azərbaycan Ordusu bütün işğal olunmuş əraziləri azad edəcək!”
Litva hərbi jurnalisti Riçardas Lapaytis: “Bu kədərli xəbəri eşidən kimi dərhal düşündüm ki, erməni hərbçilərin 75 yaşlı mülki şəxsin öldürüldüyünü eşidərkən bir daha Ermənistanın faşist niyyətli olduğu göstərdi. Yenə də düşündüm ki, dünyada bu cinayətə də heç bir reaksiya olmayacaq. Təəssüf ki, Azərbaycanda mülki şəxslərin öldürülməsinin Ermənistan hakimiyyəti üçün çoxdan normal olduğunu Avropada bilməyən çox az adam qalıb. Mən cəbhə bölgəsindəki Qapanlı kəndinə səfərlərimdən birində gənc traktor sürücüsünün necə yaralandığını xatırlayıram. Mülki şəxslərin öldürülməsi müharibə cinayətləri kateqoriyasına aiddir. Lakin təəssüf ki, Ermənistan hələ də beynəlxalq təşkilatlar tərəfindən cəzasız qalır. Əgər belə olacaqsa, onda ermənilər bu cür davranmaqda davam edəcəklər! Onların düşüncələrində heç nə dəyişməyib. Ermənilər haqqında dahilər də bildiriblər ki, yeri-yurdu olmayan, onun-bunun qoltuğuna sığınan rəzil, dələduz, fırıldaqçı, abırsızlardır.
Ermənilər özləri haqqında da bu fikri təsdiqləyirlər. Belə ki, erməni sovet yazıçısı Petroniy Qay Amatuni yazırdı: "Ermənilər də insandırlar. Amma evdə dördayaqlı gəzirlər”.
Erməni şərqşünas alimi Kerop Patkanov yazırdı ki, Ermənistan bəşəriyyət tarixində dövlət olaraq heç bir əhəmiyyətli rola malik olmayıb: "Onun adı ermənilər tərəfindən yayılan coğrafi termin olub. Bura güclü dövlətləri olan assuriyalılarla, midiyalılarla, iranlılarla, yunanlarla, monqollarla, ruslarla mübahisələrin həlli məkanı olub”.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, bu işğalçı ölkəyə rəhbərlik edənlərin hamısı quldur, cinayətkar, oğrudurlar: “Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi, prinsipcə, rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. Bütün dünya bunu bilir”.
Göründüyü kimi, tarix boyu, dünyaya peyda olduqları tarixdən bu günə kimi həmişə əsl riyakar, satqın, quldur, işğalçı sifətlərini göstəriblər.
Edil Osmonbetov: “Mülki şəxslərə qarşı hərbi güc tətbiq edilməsi yolverilməzdir»
Qırğızıstan politoloqu Edil Osmonbetov isə bildirir ki, mülki şəxslərə qarşı hərbi güc tətbiq edilməsi yolverilməzdir: “Beynəlxalq təşkilatlara müraciət etmək üçün hüquq mühafizə orqanları tərəfindən bu cür cinayətlərin sübut bazasını toplamaq lazımdır”.
Rusiyalı analitik jurnalist və millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov Ermənistan hərbçiləri tərəfindən sərhəddə ekskavatorun vurulması ilə törədilən təxribat, İrəvanın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazır olması barədə erməni təbliğatının bütün yalanlarını üzə çıxardı: “Burada sadə bir təxribat görmürəm, çünki Ermənistandakı bəzi qüvvələr Paşinyana müharibə və yalnız müharibə lazım olduğunu və sülh danışıqlarında oynamağa ehtiyac olmadığını, Rusiyaya isə İrəvanın barışmaq istədiyini göstərməli olduğunu anladırlar. Bu fakt İrəvanın xeyrinə olmayacaq. Beləliklə, yenə də Ermənistanın yeni hökumətinin sabit daxili siyasi vəziyyətlə - öz sərhədlərindəki münaqişədə maraqlı olmayan Moskvanın maraqlarına sadiq qala bilməməsi ilə bağlı suallar yaranacaq”.
Nikol Paşinyan da sələfi Sarkisyanın aqibəti ilə üz-üzə qalacaq
Əslində, Ermənistan hökuməti uzun müddətdir ki, silahlı qüvvələrində baş verən neqativ halları gizlətməklə, eyni zamanda, hərbçilərinin hər təxribatdan sonra Azərbaycan ordusu tərəfindən darmadağın edilməsini ört-basdır etməklə məşğuldur. Paşinyanın hakimiyyətə gəlməsi də Azərbaycan ordusu ilə baş verən toqquşmalarda, eyni zamanda qeyri-döyüş vaxtları orduda baş verən ölüm hallarını, cinayət əməllərini aradan qaldırmadı. İşğalçı ölkənin silahlı qüvvələrində özbaşınalıq və hərc-mərclik baş alıb gedir. Erməni ictimaiyyəti və ekspertləri orduda neqativ halların ildən-ilə artmasının səbəbini hakimiyyətdə olduğu kimi, orduda da klanlaşma siyasətinin mövcudluğunda, korrupsiyanın adi hala çevrilməsində, illik hərbi büdcədə nəzərdə tutulandan artıq maliyyə vəsaitinin əlavə silah-sursat və döyüş texnikalarının alınmasına sərf edilməsində, eləcə də, zabit-gizirlərin maddi və sosial durumlarının çox aşağı səviyyədə olmasında görürlər.
Beləliklə, Ermənistan silahlı qüvvələrinin Tovuz təxribatında olduğu kimi, “Goranboy əməliyyatı»nı da, peşəkarlıqla dəf edən Azərbaycan ordusu növbəti dəfə ermənilərə yerlərini göstərmiş oldu. Görünür, Azərbaycan və Ermənistan dövlət sərhədlərində təxribatları genişləndirən Paşinyan hakimiyyəti ölkə daxilindəki sosial-iqtisadi problemlərdən cəmiyyəti yayındırmaq üçün xarici düşmən mövzusunu aktuallaşdırmağa və öz səriştəsiz daxili və xarici siyasətini arxa plana keçirməyə çalışmaqdadır. Digər erməni liderləri kimi o da erməni cəmiyyətini Azərbaycan mövzusunda birləşdirmək, bununla da xalqının gündəlik problemlərini unutdurmağa uğursuz cəhdlər edir. Eyni zamanda, Ermənistan bu kimi təxribatçı əməlləri ilə xarici siyasətdə münaqişəyə digər dövlətləri cəlb etməklə məğlub ordusunun qoruya bilmədiyi ərazisində və işğal altında olan torpaqlarımızda “dayaq” yaratmağa çalışır. Belə nəticəyə gəlmək olar ki, Ermənistan tarixində Nikol Paşinyan da sələfi Sarkisyanın aqibəti ilə üz-üzə qalacaq. Hazırda düşmən ölkədə gedən siyasi proseslər onu göstərir ki, erməni baş nazirin siyasi arenadan getməsi onun səlahiyyət müddətindən daha tez baş tutacaq. Və erməni cəmiyyəti bilməlidir ki, bu ölkə Azərbaycanla normal qonşuluq münasibətləri qurmadan inkişafa nail ola bilməyəcək və hakimiyyətin apardığı təxribat dolu siyasi oyunlar ona çox baha başa gələcək.
Təxribatlar ermənilərin itkilərini artırır...
Baş verən növbəti Goranboy təxribatı da bir daha onu göstərdi ki, Ermənistan rəhbərliyi özünün çirkin niyyətlərindən və əməllərindən əl çəkmir. Eyni zamanda, düşmən Tovuzda aldığı son dərslərdən də hələ lazımi nəticə çıxara bilmir. Əksinə, Ermənistan və işğal edilmiş ərazilərdə yaradılan qondarma rejimin rəhbərliyi sərsəm bəyanatlar verir, Gəncəni, Mingəçeviri, Naxçıvanı vurmaqla hədələyir. Ardınca Goranboy istiqamətində yeni təxribatlara əl atılır. Bunlar bir daha onu göstərir ki, düşmən məqsədli şəkildə cəbhə bölgəsində gərginlik yaratmaq istəyir. Yuxarıda qeyd olunduğu kimi, düşmənin bütün təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən hər dəfə qətiyyətlə alınıb. Erməni diversiya qrupunun komandirinin əsir götürülməsi də bu mənada Azərbaycan ordusunun yüksək səviyyədə hazırlıqlı olduğunu bir daha sübuta yetirir. Üzləşdiyi bu olaydan diqqəti yayındırmaq üçün isə erməni tərəfi yenə sərsəm mövqe sərgiləyir. Belə ki, erməni diversiya-kəşfiyyat qrupunun itki verərək geri çəkilməsi və komandir Qurgen Alberyanın Azərbaycan ordusu tərəfindən əsir götürülməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyi gülünc açıqlama yayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Qurgen Alberyanın guya “hərbi mövqeləri yoxlamaq üçün” getdiyini, ancaq hava şəraitinin pis olması səbəbindən "azdığını" bildirib. Lakin bu açıqlamanın reallıqdan çox uzaq olmasını Ermənistanın özündə də yaxşı bilirlər. Reallıq odur ki, düşmən bu dəfə Goranboy istiqamətində təxribata getmək istəyib, amma yenə layiqli cavabını alıb.
Tiqran Abrahamyan: “Azərbaycan ordusu Qarabağ məsələsini çox qısa müddətdə həll edə bilər, 2016-cı ildə baş verən aprel savaşı və uğurlu əməliyyatlar bunun təsdiqidir”
Ermənistanın “Henaket” analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan da qeyd edir ki, baş verənlər erməni tərəfinə getdikcə daha baha başa gəlir. O, Azərbaycan ordusunun böyük gücə sahib olmasının da burada öz sözünü dediyini vurğulayır: “Azərbaycan ordusunun döyüş və qələbə əzminin yüksək olduğunu etiraf etmək lazımdır. Hələ 2016-cı ildə baş verən aprel savaşı, demək olar ki, bütün istiqamətləri əhatə edən əməliyyatlar oldu. O əməliyyatlarda iştirak edən yüksək vəzifəli zabit və hərbi qulluqçular orduda hələ də qalır. Onlar məğlubiyyətin acısını hiss ediblər. Və bu da onları həssas edib. Azərbaycan ordusu Qarabağ məsələsini çox qısa müddətdə həll edə bilər. Üstəlik, daim danışılan bəzi epizodlar var, onlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin arsenalından hələ tam istifadə etməməsidir”.
Erməni ekspert bildirir ki, Azərbaycan bu halda genişmiqyaslı müharibəyə başlasa, Ermənistan üçün çox çətin olacaq. İndi maraq doğuran məqam ötən ay sərhədin Tovuz rayonu istiqamətində lazımi dərslər alan Ermənistanın nədən növbəti dəfə təxribata cəhd etməsidir. Ekspertlər bu məsələdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycana gözlənilən səfərinin az rol oynamadığını bildirir. Qeyd edilən səfər ərəfəsində ermənilər cəbhədə vəziyyəti gərginləşdirib, Sergey Şoyqunun Azərbaycanda hansısa yeni hərbi razılıq əldə etməsini əngəlləməyə cəhd ediblər. Məsələ burasındadır ki, rəsmi məlumatlara əsasən, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə gələn Sergey Şoyqu Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz Kuboku” müsabiqəsinin bağlanış mərhələsinə qatılacaq. Həmçinin, bildirilir ki, Sergey Şoyqu Azərbaycanda sərhəddə erməni təxribatından tutmuş Ermənistana Tovuz döyüşlərindən sonra göndərilən 400 ton hərbi texnika, Azərbaycanla hərb sahəsində mümkün yeni əməkdaşlığa dair də müzakirələr də aparacaq.
Ekspertlərin sözlərinə görə, bütün bunlar Ermənistanda ciddi əndişə yaradır. Bu səbəbdəndir ki, Bakı və Ankaranın ruslarla razılaşa biləcəyindən qorxan ermənilər Goranboy istiqamətində təxribata gedərək hansısa razılığa əngəl törətmək istəyiblər. Yəni bununla Ermənistan Azərbaycanla hərbi toqquşmaları gücləndirməklə münaqişənin masada həllini sıradan çıxarmaq niyyətindədir. Amma proseslər düşmən təxribatlarının reallıqda işə yaramadığını göstərir. İndilikdə görünən budur ki, Şoyqunun Bakı səfərinin nəticələri bölgədə hadisələrin sonrakı inkişafını müəyyənləşdirəcək əsas məqamlardan biri olacaq. Bakı həmin səfərdə rus tərəfindən istədiyini ala bilməyəcəyi halda Qarabağ münaqişəsinin hərbi həll ehtimalı daha da artacaq. Bu zaman Azərbaycanı Rusiya və ya Ermənistanın digər hamiləri dayandıra bilməyəcək. Bunu isə ermənilər özləri də yaxşı bilir.
Sonda onu da qeyd edək ki, Nikol Paşinyan hökumətinin son günlər azğınlaşaraq Azərbaycanın yaşayış məntəqələrini, mülki vətəndaşları və onların evlərini atəşə tutması Ermənistan üçün uğurlu olmayacaq. Və Paşinyanın başçılıq etdiyi yeni Ermənistan hökumətinin bundan kənarda olub-olmadığını zaman göstərəcək.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB