"Quranda da qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın” RƏY-ÖZƏL

"Quranda da qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın” RƏY-ÖZƏL

Təəssüf hissi ilə qeyd etmək olar ki, bu il Məhərrəmlik ayı və Aşura bütün dünyanı ağuşuna alan pandemiya dövrünə təsadüf edir. Əhalinin sağlamlığını və təhlükəsizliyini düşünən Azərbaycan dövləti Aşura ilə bağlı kütləvi tədbirlərin keçirilməsini məqsədəuyğun hesab etməyib. Bu qərar dini inanclı insanlar tərəfindən müsbət qarşılanıb. Elə söhbət etdiyimiz Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyətçi Hacı Şahin Həsənli “Səs” qəzetinə açıqlamasında deyib.

O, bildirib ki, dövlətin karantin dövrünün tələblərinə uyğun qəbul etdiyi qayda və tövsiyələr cəmiyyətin maraqlarına tam şəkildə cavab verir: “Bu il Aşura mərasimləri pandemeya dövrünə təsadüf edir, yəni hazırda Azərbaycanda karantin rejimi höküm sürür və karatin rejiminin tələblərinə uyğun olaraq, Azərbaycanda hazırda kütləvi tədbirlər keçirilə bilməz. Çünki kütləvi tədbirlərdə yoluxma riski çox yükəsk olur və insanların bir araya gəlməsi indiki şəraitdə qətiyyən arzu olunan deyil. Bütün bu şəraiti nəzərə alaraq, din xadimləri də Qafqaz Müsəlmanları İdarəsinin insanlara müraciə edərək bu il Aşura mərasimlərinin evdlərdə keçirilməsinin məqsədə uyğun hesab ediblər və bu barədə də müraciət qəbul olunub. Ümumiyyətlə, bu ili Ramazan bayramıda, Qurban bayramıda məscidlərdə keçirilmədi, kütləvi tədbirlər olmadı və Məhərrəm ayıda istisina deyil”.

Hacı Şahin bildirib ki, burada ən önəmli məsələ insan sağlamlığıdır və insan sağlamlığına dinimizdə çox böyük önəm verir: “Quranda da qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın və belə bir şəraitdə insanlar məsələyə anlayışla yanaşmalıdır. Çünki yoluxma riski hələdə qalır, hələdə virus aradan getməyib, virus yaşadıqca müəyyən bu qorunma tədbirləridə görülməlidir. Bunu da qeyd edim ki, bir çox müsəlman ölkələrində də məhdudiyyətlər tətbiq edilir, məsələn İranda bir sıra əyalətlərdə ümumiyyətlə, qadağalar var, başqa yerlərdə məscidlərin içində keçirilməsi qadağandır. Məsələn, Livanda ümumiyyətlə, Məhərrəmlik mərasimləri qeyd olunmur. Biz də hesab edirik ki, bu insanların sağlamlığına təhlükə yaratdığı üçün keçirilməsi məqsədə uyğun deyil. İnsanlar öz evlərində bu mərasimləri qeyd edə bilərlər, din xadimləri canlı yayımlar vasitəsi ilə insanlara müraciət edir, çıxışlar edir və insanlar o ayinlərə evlərindən qoşula bilərlər, qanvermə aksiyasında iştirak edən insanlar məscidlərə müraciət etməsinlər, çünki məscidlərdə bu şərait olmayacaq, məscidlərdə mərasimlər keçirilməyəcək, həmin gün Qan Bankına müraciət etsinlər və orada qaydalara riayət edərək qanvermə aksiyalarında iştirak etsinlər. Bundan əlavə tövsiyə edərdim ki, ehsan vermək istəyən insanlar həmin ehsanı ərzaq yardımı şəkilində yoxsul və ehtiyacı olan insanlara təqdim edə bilərlər. Bu il bu çətinlik dünyanın hər bir yerində var. Arzu edirik ki, tezliklə həyatımız normal axarına düşər və yenidən məscidlərdə kütləvi ayinlər icra edə bilərik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə