İşğal altında olan Yuxarı Qarabağ zonası digər ərazilərdə kənd təsərrüfatına dəymiş ziyan
Fiziki və hüquqi şəxslər, dövlətə və təbiətə dəyən zərərlərin qiymətləndirilməsi olduqca mürəkkəb və beynəlxalq miqyasda müzakirə obyekti olan məsələlərdəndir. Müxtəlif fövqaladə hadisələr, təbii fəlakətlər yaranan itki və tələfatların qiymətləndirilməsi üzrə dünya ölkələrində müəyyən qədər təcrübə toplanılmışdır. Lakin hal-hazırki dövrə qədər bir ölkənin digər ölkınin ərazisini zəbt etməsi nəticəsində baş vermiş zərərlarin dəyəyrinin müəyyən edilməsi üzrə konkret metodologiya və qiymətləndirmə standartı işlənilməmişdir. Bəzən Böyük Vətən Müharibəsi illərində alman silahlı qoşunlarının İsrailə vurduğu zərərlərin, eləcə də ötən əsrin 90-cı illərində İraqın Küveytə hərbi müdaxiləsi zamanı yaranmış itki və tələfatların qiymətləndirilməsi metodlarının əsas götürülməsi təklif olunur.
Lakin qeyd etməliyik ki, Azərbaycan-Ermənistan hərbi münaqişəsi göstərilən münaqişələrin heç biri ilə analoq deyi. Bunu itki və tələfatların istər miqyası, istərsə də ərazilərin işğal altında saxlanılması müddəti barədə söyləmək olar. Hərbi təcavüz nəticəsində dəyən itki və tələfatların qiymətləndirilməsi bilavasitə onların beynəlxalq qanunvericiliyə uyğun olaraq gələcək dövrdə konpensasiya olunması məqsədinə xidmət edir. Ona görə də onların qiymətləndirilməsi məsələsinin qoyuluşu, məqsəd və vəzifələri, həmçinin, metod və standartları düzgün seçilməlidir. Ona görə ki, burada insan tələfatlarının və bioloji müxtəlifliyə dəyən zərərin qiymətləndirilməsi kimi mübahisəli prosedurların həlli məsəsləsi qarşıda durur.
Qeyd olunan qəbildən olan itki və tələfatların qiymətləndirilməsi üçün onların dəqiq təsnifatı aparılmalı, mümükün qədər yaxın analoqlar müəyyən edilməli, beynəlxalq ekspertlərin rəylərinə və qiymətləndirmə standartlarının tələblərinə riayət olunmalıdır. Belə ki, qeyri-obyektiv qiymətləndirməninnəticələri beynəlxalq təşkilatlar və ictimayyət tərəfindən qəbul edilmir. Bu da bütövlükdə işğal müddətində illər boyu artmaqda olan itki və tələfatlara görə konpensasiya tələb etmək hüququnu məhdudlaşdıra bilər. 4 Belə nəticəyə gəlmək olar ki, hərbi təcavüz nəticəsində yaranan itki və tələfatların qiymətləndirilməsi üçün konkret tövsiyyə, normativlər və standartlar işlənilməlidir. İlk dəfə bu mövzuda yerinə yetirilən tədqiqat işini bu istiqamətdə ilkin addımlardan biri kimi qiymətləndirmək olar.
İşğal altında olan Yuxarı Qarabağ zonası Azərbaycanın iri kənd təsərrüfatı regionu idi. Əlverişli dağarası və dağətəyi düzənlikləri və hamar səthi yayları olan və yaxşı rütubətlənən Kiçik Qafqazın işğal olunmuş hissəsi kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin inkişafına geniş imkanlar yaradır. Kənd təsərrüfatının tərkibində taxılçılıq, yem istehsalı, üzümçülük, tütünçülük, kartofçuluq, pambıqçılıq, ətlik-südlük heyvandarlıq və xüsusilə qoyunçuluq daha üstün yer tuturdu.
Yuxarı Qarabağın qədimdən inkişaf etdirilən üzümçülük sahəsinə 70-ci illərdən sonra daha böyük diqqət yetirildi. Üzümçülük və şərabçılığın inkişafı ilə bağlı olaraq yeni texnikası və şərab zavodları olan ixtisaslaşdırılmış iri sovxoz-zavodlar yaradıldı. Regionda yeni əmtəəlik məhsul kimi inkişaf etdirilən sahələrdən biri də tütünçülük idi.
Ermənistanın təcavüzü nəticəsində həmin ərazidə fəaliyyət göstərən bir çox kənd təsərrüfatı müəssisələri, o cümlədən, kolxozlar, sovxozlar, təsərrüfat birlikləri və aqrofirmalar öz fəaliyyətlərini dayandırdılar .
Beləliklə, işğal olunmuş ərazilərdə 1988-ci ildən qalan 311 kənd təsərrüfatı müəssisəsi, 145 yeni yaradılmış, müasir texnika ilə təchiz olunmuş üzümçülük-şərabçılıq sovxozları və xüsusilə, məşhur Qarabağ cins-cıdır atları yetişdirən Ağdam atçılıq sovxozu, 135 kolxoz və 31 təsərrüfatlararası müəssisələr dağıdıldı.
Kənd təsərrüfatının maddi texniki bazasını təşkil edən və fermerlərin hazırkı qiymətə satın almaq imkanları olmayan 1365 avto-qoşqu nəqliyyatı və 3425 müxtəlif əkin və qoşqu traktorları, taxıl və pambıq yığan kombaynlar və s. çıxarıla bilmədiyindən işğal ərazilərində qaldı.
İşğal olunmuş rayonların kənd təsərrüfatı müəssisələri və onların texnikası
(1988-ci il məlumatı) İşğal olunmuş rayonlar
Sovxozlar Kolxozlar Təsərrüfatlar arası müəssisələr
DQMV 99 43 49 7 800 2254
Laçın 30 28 - 2 60 70
Kəlbəcər 37 4 30 3 28 32
Ağdam 34 1 10 6 257 392
Füzuli 44 25 15 4 94 265
Cəbrayıl 24 7 14 3 77 145
Qubadlı 25 10 12 3 - 109
Zəngilan 18 10 5 3 49 158
Cəmil 311 145 135 31 1365 3425
Azərbaycan Respublikasının 20 % torpaqları işğal olunmuşdur ki, bunun da 183 242 hektarı əkinə yararlı olmaqla 94 275 hektarısuvarılan, 46 993 hektarı çoxillik əkin sahələri, 17 736 hektarı biçənəklər, 240 519 hektarı örüş, 7120 64 hektarı dincə qoyulmuş və s. torpaqlar idi.Hal-hazırda ermənilərin istifadə etdikləri əkinlərdən başqa bütün əkin sahələri tamamilə məhv edilmişdir. Erməni işğalçılarının zəbt etdiyi rayonların ərazisində sünbülqıranlar və gəmiricilər həddən artıq çoxalmışdır. Əkilib-becərilməyən torpaqlarda yabanı bitkilər artdığından vəhşi heyvanlar, ilan, siçan, siçovul kimi gəmiricilər, ziyanverici həşəratlar həddən artıq çoxalmışdır və onlar ətraf ərazilərə, o cümlədən qonşu rayonların ərazilərinə yayılaraq təsərrüfatlaraböyük ziyan vururlar. Bütün bunların müqabilində isə işğal altında olan bu nəzarətsiz ərazilərdə bəşəriyyət üçün təhlükə mənbələrindən biri olan Metsamor AES-nın radioaktiv tullantıları basdırılır, həmçinin narkotik bitkilər yetişdirilir və onların məhsulları gizli yollara xarici ölkələrə ötürülür.
Azərbaycanın işğal edilən əraziləri Ermənistan tərəfindən xarici ölkə vətəndaşlarına icarəyə verilir. Təkcə Cəbrayıl rayonunun təxminən yarısı İran vətəndaşlarına icarəyə verilib. Rayonun 93 kvadrat kilometr İrana yaxın olan hissəsi isə on illiyə bu ölkənin sərhəd qüvvələrinə icarəyəverilmişdir.
Nəzərə almaq lazımdır ki, içməli suya olan tələbat ildən-ilə artır. Beynəlxalq statistikaya əsasən inkişaf etməkdə olan ölkələrdə hər üç nəfərdən biri içməli suyun çatışmazlığından əziyyət çəkir. Xəstəliklərin 80 %-i, ölüm hadisələrinin 13 %-i içməli sudan istifadə ilə bağlıdır.
Azərbaycan Respublikasının çay sularının ehtiyatlarının 70 faizi qonşu ölkələrin ərazisindən əsas transsərhəd çaylar olan Kür, Araz və onların qolları vasitəsilə daxil olan axının payına düşür. Bu çaylarınsuyundan kənd təsərrü-fatında, sənayedə, eləcə də əhalinin içməli su ilə təchiz olunmasında istifadə olunur.
Ayrı-ayrı mənbələrdən alınmış məlumatlara görə ermənilər bu gün də özləri istifadə etmədikləri su mənbələrini müxtəlif vasitələrlə qurudur və sıradan çıxarırlar.
Dövlətlərin hərbi təcavüzkarlıq siyasəti də ətraf mühitə böyük ziyan vurur. ABŞ-ın Vyetnamda apardığı müharibə nəticəsində ölkə ərazinin 12 %-i məhv edilmişdir. İraq müharibəsi həm insanlara, həm də ekoloji tarazlığa sağalmaz yaralar vurmuşdur. Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində respublika 65 ərazisinin 20 %-i işğal altında qalmaqla, təbiətə sağalmaz yaralar vurulmuş, 30 min nəfərdən çox insan ölmüşdür. Meşə və yaşıllıqların məhv edilməsi də ekoloji tarazlığı əhəmiyyətli şəkildə pozmuşdur.
İşğal olunmuş ərazilərdə yerləşən və oradan keçən su mənbələri (göllər, su anbarları, çaylar, kanallar və s.) həmin ərazilərlə bərabər ətraf ərazilərin də ekologiyasında mühüm rol oynayır.
Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaf-laşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qacaran şəhərlərinin (o cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Azərbaycan ərazisində Zəngilan rayonunun Şərikan kəndinin qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini «Ölü zonaya» çevirmişdir. Çayın Azərbaycan ərazisinə düşən yatağının 43 kilometri, sutoplayıcı sahəsinin isə 455 km2-i daim çirklənməyə məruz qalır. Nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora–fauna da məhv olmuş, öz- özünü təmizləmə prosesi dayanmışdır.
Ermənistanın insanlığa qarşı yönələn terror siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə ciddi ziyan vurmuşdur. Ekologiyaya qənim kəsilmiş bədnam ermənilər və havadarları Qarabağ və ətraf rayonlarda ekoloji tarazlığın pozulmasına - mineral xammal ehtiyatlarımızın qanunsuz mənimsənilməsinə, meşə zolaqlarının vəhşicəsinə qırılmasına və yandırılmasına. Araz çayı və qollarının çirkləndirilməsinə, heyvanat aləminin xüsusi qəddarlıqla məhv edilməsinə səbəb olan işğalçılıq siyasətini dövlət siyasətinə çevirmişlər.
1990-cı illərin sonlarına qədər ermənilər işğal edilmiş ərazilərdə azərbaycanlı əhaliyə aid mülkiyyəti, evləri, digər maddi sərvətləri talan edib satmaqla dolanırdılar. 1990-cı illərin sonlarına doğru bu ehtiyatlar tükənəndə talançılığın digər istiqaməti – təbii sərvətlərin qəddarlıqla talanıb daşınması vüsət almağa başlamışdır.
Vahid Ömərov f.ü.f.d.dos.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB