Bakıda və bir neçə rayonda suyun verilişi dayandırılacaq

Bakıda və bir neçə rayonda suyun verilişi dayandırılacaq

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən SİA-ya verilən məlumata görə, istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə