“Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi yeni layihə həyata keçirib

“Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi yeni layihə həyata keçirib

İyul ayından etibarən “Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi iyul ayından başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Pandemiya dövründə cəbhə bölgəsində yaşayan imkansız ailələrə bir dəfəlik sosial yardımın göstərilməsi” layihəsini həyata keçirir.

Layihənin rəhbəri, jurnalist Sevinc Kərimova bildirib ki, layihə çərçivəsində Qazax rayonundan olan 80 aztəminatlı ailəyə birdəfəlik sosial yardım göstərilib.
S. Kərimova qeyd edib ki, təşkilat həyata keçirdiyi layihələrdə həmişə aktuallığı və dövlətin prioritetlərini önə çəkərək ictimai birlik olaraq öz töhfəsini verməyə çalışır: “Bu layihəmizlə də çalışdıq ki, pandemiya dövründə cəbhə bölgəsi olan Qazax rayonunda yaşayan, dəstəyə ehtiyacı olan vətəndaşlarımıza müəyyən qədər də olsa yardım edək”.
Artıq layihənin başa çatmaq üzrə olduğunu söyləyən S. Kərimova indiyədək görülən işlər haqqında məlumat verib. Bildirib ki, Qazax rayonundan olan QHT-lərin, rayon sakinlərinin tövsiyəsi ilə müəyyən etdikləri, ehtiyaclı 80 ailəyə birdəfəlik - 35 azn məbləğində ərzaq kuponları poçt vasitəsilə göndərilib.
Artıq, ərzaq kuponlarının sahiblərinə çatdırıldığını deyən Sevinc Kərimova benefisiarlarından aldıqları təşəkkür dolu sözlərin layihənin olduqca aktual olduğunu bir daha sübut etdiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə