Biləsuvarın yeni icra başçısı kimdir?

Biləsuvarın yeni icra başçısı kimdir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. SİA-nın əldə etdiyi məlumata görə, yeni icra başçısı Faiq Qürbətov uzun illər gənclər sektorunda çalışıb.

O, Gənclər Fondunda məsul vəzifədə işləyib.

Faiq Qürbətovun son işi isə İctimai Televiziya olub. O İTV-nin mərkəzi aparatının rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Faiq Qürbətov 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə