"Dəniz kuboku" Xəzərdə sülhün möhkəmləndirilməsi və təhlükəsizliyin təmin olunmasına xidmət edir HDQ komandanı

"Dəniz kuboku" Xəzərdə sülhün möhkəmləndirilməsi və təhlükəsizliyin təmin olunmasına xidmət edir HDQ komandanı

Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasındakı razılaşmaya əsasən, artıq 4 ildir ki, "Dəniz kuboku" müsabiqəsi Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin bazasında keçirilir.

SİA-nın məlumatına görə, bunu jurnalistlərə bu gün keçirilən mətbuat konfransında Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov deyib.

O bildirib ki, İran və Qazaxıstan bu yarışa qatılmasa da, Azərbaycan və Rusiya dəniz qüvvələri pandemiya olmasına baxmayaraq, müsabiqənin keçirilməsinə qərar verib: "Müsabiqə 6 mərhələdən ibarətdir. Bunlar dəniz hədəflərinə qarşı artilleriya atışları, hava hədəflərinə qarş artilleriya atışları, üzən minaya qarşı artilleriya atışları, sahil təlim-məşq kompleksində su əleyhinə davamlılıq uğrunda mübarizə, xilasedici vasitələrin istifadəsi, dəniz vərdişləridir.

Müsabiqədə Rusiyanın "Mahaçqala" kiçik artilleriya gəmisi, Azərbaycanın isə G-122 gözətçi gəmisi olmaqla ümumilikdə 2 gəmi iştirak edəcək. Müsabiqənin keçirilməsi Xəzər dənizində sülhün möhkəmləndirilməsi, dostluq əlaqələrinin inkişaf etdirilməsi və təhlükəsizliyin təmin olunmasına xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə