Qanun şahdır, şah qanun deyil - TƏHLİL

Qanun şahdır, şah qanun deyil - TƏHLİL

Prezident İlham Əliyev: “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil”

Bəli, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir, öz hərəkətlərinə görə məsuliyyət daşıyır və heç kimə qanunun tələblərindən yan keçmək imtiyazı vermir. Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında qanunun tələblərinə hər kəsin əməl etməsinin zəruriliyini vurğulayıb: "Qanun qarşısında bərabərlik dövlətdə davamlı sabitliyin, cəmiyyətin bütün təbəqələrindən olan vətəndaşların maraq və mənafelərini müdafiə etməyə qadir mükəmməl idarəçilik mexanizminin yaradılmasının fundamental prinsiplərindən biridir. Bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil. Çünki qanunlar və onların icrasına məsul dövlət qurumlarının kifayət qədər dəqiq, operativ işləyən nəzarət mexanizmləri var. Üstəlik ictimai nəzarətin də bu məsələdə rolu zaman keçdikcə artır. Ona görə də hər birimiz atdığımız addımları daha dərindən ölçüb-biçməli, dövlətimizin qanunlarına hörmət nümayiş etdirməliyik".

Göründüyü kimi, qanunları pozan hər kəsi qanun cəzalandırır. Yəni hansısa vəzifəli şəxsin yol verdiyi pozuntulara onun sosial statusuna görə qiymət verilməməlidir. Hər bir kəs qanun qarşısında eyni qaydada məsuliyyət daşıyır. Çünki hüququn başlıca prinsipi ədalətdir, hüquq insanlara deyil, konkret əməllərə qiymət verir.

Karantin rejimi və yenə məmur özbaşınalığı

Bu baxımdan da bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin pandemiya ilə mübarizə məqsədilə təsdiqlədiyi Tədbirlər Planının icrasına uğurla həyata keçirilir. Bu gün məhz bu uğurlu və düşünülmüş addımların nəticəsində görülən bütün lazımi qabaqlayıcı tədbirlər, tətbiq olunan qadağalar öz müsbət nəticəsini verərək, başqa ölkələrdən fərqli olaraq xalqımız bu vəziyyətdən az itkilərlə çıxır və ölkəmizdə koronavirus xəstəliyi nəzarət altındadır. Əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb.

Bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Bu günlərdə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç kim qanundan üstün deyil. Azərbaycan hüquqi-demokratik dövlətdir və qanun qarşısında hamı bərabərdir.

Karantin rejimi və yenə məmur özbaşınalığı

Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Bu günə kimi Daxili İşlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq, müxtəlif əyləncə məclisləri təşkil edən, toy və yas mərasimləri keçirən çox sayda şəxsi məsuliyyətə cəlb edib.

Cərimələnən məsuliyyətsiz vətəndaşlarımızın sayı yüzlərlədir. O şəxslər öz məsuliyyətsiz davranışları ilə yalnız özlərinin və ailə üzvlərinin deyil, həm də bütün cəmiyyətin sağlamlığı üçün təhlükə yaradırlar. Son günlər bəzi vəzifəli şəxslərin, məmurların toy mərasimləri və onlarla insanın yığışdığı müxtəlif ziyafətlər təşkil etməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlar, fotolar, videogörüntülər cəmiyyətdə əsaslı narahatlıq doğurub .

Bu hərəkətlər siravi vətəndaşın düşüncəsində məmur özbaşınalığı və harınlığı kimi qavranılsa da, məsələyə dərindən baxdıqda, belə hərəkətlərin dövlətin qanunlarına hörmətsizlik olduğu qənaəti yaranır. Kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq, hər kəs törətdiyi əməllərin cəzasının qanun çərçivəsində alacaq!

Xüsusilə də insanların daha çox toplaşa biləcəyi beynəlxalq və yerli tədbirlərin, idman yarışlarının, dini mərasimlərin, toy və hüzr məclislərinin keçirilməsi qadağan edilmişdir. Dövlətin tətbiq etdiyi ciddi karantin rejimi ilə yanaşı həm ölkə Prezidenti cənab İlham Əliyev həm də birinci vitse-prezident xanım Mehriban Əliyeva xalqımıza müraciət edərək qaydalara əməl etməyi, infeksiyadan qorunmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyi tövsiyyə etmişdirlər. Bu baxımdan, hər bir vətəndaşın, xüsusilə də məmurların vəzifəsi karantin rejiminə riayət etməlidirlər. Və həmin adamlar bir daha bilməlidirlər ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Çünki qanun şahdır, şah qanun deyil. Heç bir şəxs öz mövqeyindən, statusundan istifadə edərək qanunları poza və qanunun tələblərini poza bilməz və bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!

Beləliklə, hər bir şəxs mövcud reallığı, qanunun aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə