Balakənçayda köməksiz qalan şəxs belə xilas edildi VİDEO

Balakənçayda köməksiz qalan şəxs belə xilas edildi VİDEO

Ötən gün güclü leysan yağışları nəticəsində Balakənçaya sel gəlib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə bir nəfərin çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

RPŞ əməkdaşları dərhal həmin əraziyə gəlib və şəhər sakini E.Qırıxovun həyati təhlükəsi olduğunu görüblər.

Polis və FHN əməkdaşlarının birgə təcili və təxirəsalınmaz tədbirləri nəticəsində həmin şəxs təhlükəsiz əraziyə çıxarılaraq, xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə