22 avqust 2020-ci il tarixdə səhər saatlarından başlayaraq şəhid mayor Anar Novruzovun məzarı ziyarət edilir.
İlk öncə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, icra hakimiyyəti başçısı aparatının əməkdaşları, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları və sakinlər şəhid mayor Anar Novruzovun Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında məzarını ziyarət edib, xatirəsini hörmətlə anıb, məzarı üzərinə tər gül dəstələri düzərək ruhuna dualar etdilər.
Sonda Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Şəhidin övladına və doğmalarına baş sağlığı verdi.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB