Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimələniblər

Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimələniblər

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

SİA DİN-in “Facebook” səhifəsinə istinadla xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bu barədə açıqlamasında bildirib: “Ötən gün sosial şəbəkələrdə müğənni Nüşabə Musayevanın xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb. Aparılan araşdırmalarla həmin məlumat təsdiqini tapdığından restoranın sahibi Oqtay Mirzəyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, 3000 manat, müğənni Nüşabə Musayeva və ad günü şənliyində iştirak edən şəxslərin hər biri isə 200 manat məbləğində cərimələniblər”.

Bütün xəbərlər Facebook səhifəmizdə