Övladına toy edən sabiq deputat məhkəməyə çağırıldı

Övladına toy edən sabiq deputat məhkəməyə çağırıldı

Övladına xüsusi karantin zonasında toy məclisi təşkil edən sabiq deputat İlham Əliyev məhkəməyə çağırılıb. SİA-nın Elektron Məhkəmə Sisteminə istinadən xəbərinə görə, İ.Əliyev karantin qaydalarını pozmaqda təqsirləndirilib.

O, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. Sabiq deputat Abşeron rayon Məhkəməsinə çağırılıb.

Qeyd edək ki, ötən gün İlham Əliyevin qızının toy mərasimindən videogörüntülər yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə