Bu günə qədər Mərkəzi Neftçilər Xəstəxanasında 900-ə qədər koronavirus xəstəsi qəbul olunub.
SİA-nın məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infekionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.
Dünya statistikasından misal gətirən F.Sədirov bildirib ki, fevral-aprel ayrlarında Almaniyada xəstəxanadaxili ölüm faizi 22 faiz olaraq göstərilib. Onun sözlərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasında xəstəxanadaxili ölüm faizi 12 faizdir.
F.Sədirovun sözlərinə görə, Azərbaycanda koronavirus xəstələrinin ölüm faizi 1.5-1.6 faiz arasında dəyişir, digər ölkələrdə bu rəqəm 10-faizdən yuxarıdır: “Bu gün dünya nəyi tətbiq edirsə biz də onu tətbiq edirik, nəyi bilirsə biz də onu bilirik. Bizim ölüm faizimiz dünyada olandan çox aşağıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB