Səyyar ASAN xidmət Respublika Psixiatriya Xəstəxanasında FOTO

Səyyar ASAN xidmət Respublika Psixiatriya Xəstəxanasında FOTO

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan 180-dən çox şəxsə səyyar ASAN xidmət göstərilib. SİA xəbər verir ki, onlar şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə