Masallıda pandemiya ilə bağlı görülmüş işlər gündəlik davam etdirilir
GEM və Masallı rayon Dezinfeksiya Stansiyası ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, Avtovağzal, Dəfinə məktəb-liseyi, Şəhər 3, 4 saylı tam orta məktəbləri, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 19 ərzaq mağazası, 12 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 1 ərazidə 1 fərdi yaşayış evi və 2 küçə dezinfeksiya olunub. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
1 yanvar 2020-ci il tarixdən 21 avqust 2020-ci il tarixədək rayon İcra hakimiyyətinə müraciət edən 256 imkansız, aztəminatlı, tənha-kimsəsiz və şəhid ailəsinə maddi yardım göstərilib.
Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılıb.
20 avqust 2020-ci il tarixdə 753 nəfərlə görüşülmüş və onlardan 145 nəfərin maskasız olması müəyyən edilib. Qaydaları pozan 1 nəfər şəhər sakini və 4 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunub.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 44001 nəfərlə görüşülüb və onlardan 4810 nəfərin maskasız olması müəyyən olunub. Qaydaları pozan 242 nəfər şəhər sakini və 27 obyekt polis əməkdaşları tərəfindən cərimə olunub.
Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılıb.
20 avqust 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3948 nəfərlə görüşülüb, onlardan 816 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılıb. Qaydaları pozan 2 nəfər kənd sakini Polis əməkdaşları tərəfindən cərimə olunub.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 226186 nəfərlə görüşülüb, 42127 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozan 280 nəfər rayon sakini və 19 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunub.
20 avqust 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4701 nəfərlə görüşülüb və 961 nəfərin maskasız olması müəyyən olunub. Xüsusi karantin rejimi qaydalarını pozan 3 nəfər rayon sakini və 4 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunub.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılıb. Mobil qruplar tərəfindən 270187 nəfərlə görüşülüb və 46937 nəfərin isə maskasız olması müəyyən olunub. Qaydaları pozan 522 nəfər rayon sakini və 46 obyekt Polis əməkdaşları tərəfindən cərimə olunub.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19600 ədəd tibbi maska və 853 litr tibbi spirt paylanıb.
20 avqust 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilib. Reyd zamanı Masallı şəhər ərazisində 2 ticarət obyektinin hər biri 400 manat, digər 2 ticarət obyektinin hər biri 200 manat, 1 nəfər şəhər sakini 100 manat, Boradigah qəsəbəsində 1 nəfər 200 manat və Güllütəpə kəndində 1 nəfər 100 manat olmaqla ümumilikdə 1600 manat məbləğində inzibati qaydada cərimə olunub.
20 avqust 2020-ci il tarixdə koronavirusla bağlı 39 nəfərdən yaxma götürülüb. Ümumilikdə rayon üzrə 8674 nəfərdən yaxma götürülüb.
Pandemiya dövründə rayon üzrə ümumilikdə 273 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 253 nəfər sağalaraq evə buraxılıb, hal-hazırda müalicə alan 6 nəfər xəstədən 3 nəfəri xəstəxanada 3 nəfəri isə ev şəraitində müalicə olunur. Rayon üzrə koronavirusa yoluxmuş 14 nəfər vəfat edib.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB