"Seroloji testlərin keçirilməsi müsbət haldır və bu, ilk eksperimentdir" ÖZƏL - AÇIQLAMA

"Seroloji testlərin keçirilməsi müsbət haldır və bu, ilk eksperimentdir" ÖZƏL - AÇIQLAMA

"Tətqiqat nöqteyi-nəzərindən və virusa qarşı mübarizədə effektivliyi artırmaq üçün seroloji testlərin keçirilməsi müsbət haldır və bu, bir ilk eksperimentdir". Bu sözləri SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

O bildirib ki, Prezidentin tapşırığına əsasən Azərbaycanda pandemiya ilə mübarizədə bütün istiqamətlərdə fəal işlər aparılır: "Artıq görülmüş işlərin nəticəsi də göz qabağındadır. Burada həm karantin qaydalarının tətbiq edilməsi, karantin dövründə xəstəliyə və virusa qarşı mübarizə, xəstələrin dərman preparatları ilə təmin olunması, yeni modul tipli xəstəxanaların tikilməsi və s. bütün istiqamətlərdə, eyni zamanda, əhalinin maarifləndirilməsi və mütəşəkkil şəkildə ölkə rəhbərinin tapşırığına uyğun olaraq işlər aparılır. Təbii ki, əsas işlərdən biri də səhiyyə istiqamətində aparılan işlərdir ki, koronavirusla mübarizədə səhiyyə istiqamətində həm xəstələrin sağalmasına diqqət ayrılır, həm də virusla bağlı tətqiqatlar aparılır. Əhalinin qorunması, virusun yayılmasının qarşısının alınması, virus ocaqlarının təyin edilməsi, onun çərçivəyə alınması və s. bu işlər də digər müdafiə vasitələri ilə paralel olaraq aparılır. Bu mübarizə vasitələrindən də biri də seroloji testlərin həyata keçirilməsidir. Bu seroloji testlərin keçirilməsinin müsbət halı həm tətqiqat predmenti olması, həm də əhali arasında yoluxmanın olub-olmamasını müəyyən edir".

QHT sədri vurğulayıb ki, burada ilk olaraq Bakı şəhəri, sonrakı mərhələlərdə Sumqayıt və digər şəhərlər nəzərdə tutulur: "Testlərin həyata keçirilməsi zamanı insanlar təsadüfi seçilir. Könüllülük prinsipi əsasında onlara zəng edilir. Qeydiyyatda olduqları poliklinikalara dəvət olunur, onlardan analiz götürülür. Elə insanlar var ki, bu xəstəliyi simptomsuz keçirir. Bəzən xəstəliyi keçirdiyindən xəbəri olmur. O hiss etmir ki, virusa yoluxub. Bu insanların immuniteti yoxlanılır ki, onların bədənində virusa qarşı immunitet yaranıb, yoxsa yaranmayıb. Bir dəfə xəstələnən, bu virusa yoluxan insan ikinci dəfə bu virusa yoluxa bilərmi və s. virusla bağlı tətqiqat işləri aparılır. Eyni zamanda elə insanlar var ki, onlar üçün maraqlıdır, bu virusa yoluxub, ya da yoluxmayıb. Hesab edirəm ki, tətqiqat nöqteyi-nəzərindən və virusa qarşı mübarizədə effektivliyi artırmaq üçün seroloji testlərin keçirilməsi müsbət haldır və bu, bir ilk eksperimentdir. Yəqin ki, yaxın dövrlərdə biz bu cür seroloji testlər daha geniş əhatə dairəsi ilə müşaiyət ediləcək"

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə