Prezident İlham Əliyev və ailə dəyərləri

Prezident İlham Əliyev və ailə dəyərləri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək deyib: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”. Vurğulanıb ki, bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu təsdiqini tapır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafına xüsusi təsir göstərir. Respublikamızda Ailə bayramının qeyd olunması da bu sahədə dövlət siyasətinin əyani təcəssümüdür. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması çox vacibdir. Müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümü olan nümunəvi ailələr müəyyənləşdirilir, onlarla görüşlər keçirilir, hədiyyələr təqdim olunur, həyat təcrübələri televiziya və mətbuatda işıqlandırılır. Respublikamızda bütün kateqoriyadan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunur. Burada yaşayan aztəminatlı ailələr, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzillə təminatı diqqətdə saxlanılır, onların sosial müdafiəsi gücləndirilir. Gənc ailələrin mənzillə təminatı üçün əlverişli şərait yaradılır. Ailələrin sosial rifahının yaxşılaşdırılması üçün müavinətlər, ünvanlı sosial yardımlar təyin edilir. Hər il respublikamızda istifadəyə verilən onlarla təhsil, səhiyyə və mədəniyyət müəssisələri ailələrə nümunəvi tibbi xidmətin göstərilməsinə, gənclərin savadlı və dünyagörüşlü yetişməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edir.

Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir. Azərbaycanın iqtisadi imkanlarının artması isə ailələrin rihah halının yüksəlməsi istiqamətində mühüm dövlət proqramları, sosial layihələrin həyata keçirilməsinə şərait yaratmışdır. İmzalanan fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan, xüsusən də həssas kateqoriyalardan ailələrdən olan vətəndaşlarımızın rifah halının yaxşılaşmasına səbəb olmuşdur. Sosial infrastrukturun inkişafı göz önündədir. Nə qədər məktəb, tibb müəssisəsi, idman və gənclər mərkəzləri əsaslı təmir edilib və ya yenidən tikilib. Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təsdiq edirlər. Ən mötəbər hesabatlarda Azərbaycanı islahatçı ölkə olaraq irəliləməsi dediklərimizin əyani sübutudur. Açılan iş yerləri, yaradılan müasir infrastruktur, həyata keçirilən sosial islahatlar, vətəndaşların rifah halının yaxşılaşdırırlması ailələrin daha da güclənməsinə gətirib çıxarmışdır. Ana və uşaq ölümünün, küçə uşaqları, erkən nikah və uşaqlara qarşı zorakılıq faktlarının azalması dövlətin apardığı uğurlu siyasətin nəticəsidir.

Hazırda hər bir dövlət COVİD-19 pandemiyası ilə mübarizə aparır və çalışır ki, öz vətəndaşını maksimim ağır vəziyyətdən minimum itkilərlə çıxarsın. Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətimiz koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında çevik və uğurlu tədbirlər hazırlayaraq həyata keçirir. Elə bu layihələrin də əsasında insan, onun rihafı, sosial cəhətdən müdafiəsi dayanır. Cənab Prezident Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradaraq özü və Birinci vitse-prezident bir illk maaşını həmin Fonda köçürdülər. Ümumiyyətlə, cənab İlham Əliyev həm ölkə rəhbəri kimi, həm də bir vətəndaş kimi bu mübarizənin önündə dayanaraq digər ölkə rəhbərlərinə də bir nümünədir.

Dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamı ilə büdcədən dəstək tədbirlərinin icrasına 1 milyard manat, aprelin 17-də isə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Dövlət sərt karantin tədbirləri nəticəsində qeyri-formal iş yerini itirən və əvvəlcədən işsiz olan şəxslərin sosial rifah halının yaxşılaşdırılması sahəsində də tədbirlər həyata keçirir. Belə ki, hökumət tərəfindən hazırlanmış sosial proqramın bir istiqaməti bu şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) aylıq ödəmənin verildi. Əvəlcə belə ödəmənin 200 min nəfərə verilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyevin verdiyi tapşırıqla bu say 3 dəfə artırılaraq 600

minə, ödəmələrin sayı isə 2 dəfəyə qaldırıldı. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq. Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni mənzillərin verilməsinə başlanacaq, bu il onlara 1500 mənzil verilməsi davam edəcək. Həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi qərara alınıb. Elektrik enerjisindən istifadədə limit artırılıb. Həmçinin,ünvanlı dövlət sosial yardımı proqramının genişləndirilməsi işləri davam edir. Təkcə aprel ayında əlavə olaraq 10 min ailə bu proqramla əhatə olunub, ünvanlı yardım alan ailələrin sayı 80,5 minə (335 min ailə üzvü) çatıb və bu artım dinamikası davam edir. Bununla bərabər, ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, sosial yardımın alınması ilə bağlı müraciət prosedurunun aztəminatlı ailələr üçün daha rahat və sadə olması üçün qanunvericiliyə dəyişiklik layihələri də artıq aidiyyəti üzrə təqdim edilib. Dövlət başçısının tapşırığı ilə ödənişli ictimai işlər proqramı da genişləndirilir - bu işlərə cəlb edilənlərin sayının 2,4 dəfə artırılaraq 37 mindən 90 minə çatdırılması təmin edilir. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti və Onun komandasının çevik hərəkətə keçməsi nəticəsində vaxtında verilən qərarlar və ölkəmizin virus təhlükəsindən izolyasiyası ilə bağlı atılan addımlar nəticəsində ölkəmiz bu gün bizə “demokratiya”, “insan hüquqları” dərsi keçməyə çalışan dövlətlərə də nümunə oldu. Təbii ki, bütün bunların arxasında Azərbaycan Prezidentinin Öz xalqına sevgisi və siyasi iradəsi dayanır. Bu danılmaz böyük bir həqiqətdir və bunu da dünya bir daha gördü.

Bu virus və elan olunmuş pandemiya sanki bütövlükdə Yer planetinin əhalisinin bir anlıq dayanaraq ətrafda baş verənlərə nəzər salmaq üçün bir fürsətdir. Əfsuslar olsun ki, sürətli və tepmli həyat bizi ailəmizdən, doğmalarımızdan, hətta özümüzdən uzaqlaşdırdığının fərqində deyilik. Xüsusilə də, vaxt çatışmamazlığı, işlərin çoxluğu səbəbindən bəzən vaildeynlər övladlarına, eləcə də ər-arvad bir-birinə zaman ayıra bilmirlər. Bu günlərdə ənənələrimizin, ailə dəyərlərimizin əsasını təşkil edən saglam ailədaxili münasibətlərin, böyüklərə ehtiram, kiçiklərə qayğı, qarşılıqlı hörmət, ailəyə, adətlərimizə bağlılıq, sevgi, paylaşmaq kimi yüksək dəyərlərin, eyni zamanda, ailə üzvləri ilə birgə vaxt keçirməyin nə qədər önəmli, vacib olduğu bir daha özünü qabarıq şəkildə göstərdi.

Bu çətin günlərdə milli - mənəvi dəyərlərimizin qoruyub saxlanması, yaşadılması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırkı durumu həmçinin pozitiv nöqteyi-nəzərdən qiymətləndirərək, insanların evdə keçirəcəyi boş vaxtı da səmərəli dəyərləndirmək mümkündür. Karantin müddətində ailə üzvləri ilə səmərəli ünsiyyət qurmaq, asudə vaxt keçirmək üçün yeni imkanlar yaranır. Biz bu dövrdə sosial təcrid qaydalarına əməl etməklə ailələrə yönəlik, uşaq hüquqlarına aid müxtəlif layihələrə start verdik. Ailənin psixoloji iqliminə, yeniyetmə və gənclərin ailədə şəxsiyyət kimi formalaşmasına təsir edən amillərin müzakirəsi məqsədi ilə “Onlayn psixoloq xidməti” adlı layihəyə start verilib. İlk webinar “Pandemiya dövründə ailələrdə yaranan psixoloji problemlər və onların həlli yolları” mövzusunda keçirilmişdir. Digər layihəmiz isə “Ailələrimizi tanıyaq” adlanır. Layihə çərçivəsində cəmiyyətdə hörmət qazanan, nümunəvi ailələrlə görüşlər keçiriləcək. Layihə çərçivəsində faşizm üzərində qələbənin 75 illik yubileyi ərəfəsində Böyük Vətən Müharibəsi iştirakçısı, Laçın rayonundan məcburi köçkün və hazırda Şəkidə məskunlaşan 108 yaşlı Əhmədov Şahverdi Behbud oğlunun ailəsi ilə keçirilmiş webinar görüşün videoyazısı Komitənin facebook səhifəsinə yerləşdirilmişdir. Dövlət Komitəsi tərəfindən aprelin 6-dan daha bir layihəyə-“Ailəm” müsabiqəsinə start verilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində elan etdiyi “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar ailələri ev şəraitində asudə vaxtını səmərəli və faydalı keçirməyə stimullaşdırmaqdır.

Həmçinin "Həyati bacarıqlara yiyələn!" , “Uşaqların asudə vaxtının səmərəli təşkili”, “Uşaqların internet təhlükəsizliyi və onun təmin olunması yolları”, “Uşaq və gənclərin uğurlu ixtisas və peşə seçimi”, “Pandemiya dövründə ailələrdə yaranan psixoloji problemlər və onların həlli yolları”, “Karantin vəziyyətində sağlamlıq imkanları məhdud uşaqların psixoloji reabilitasiyası”, “Uşaqların inkişafında oyunun vacibliyi”, “Ailədə uşaqlarla uğurlu ünsiyyət və birgə fəaliyyətin vacibliyi” mövzularda rəsmi “Facebook” səhifəmizdə Komitənin əməkdaşları və dəvət olmuş ekspertlər tərəfindən canlı yayım formasında təlimlərlər keçirilmişdir. Koronavirusla mübarizə kampaniyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “ailələrə zəng” kapmaniyası aparılmış, məlumat vərəqələri paylanılmış, ərzaq yardımı edilmiş, psixoloji yardım edilmiş, tibbi maska paylanılmış, uşaqlar onlayn məşğələ keçirilmişdir.

Vahid Ömərov f.ü.f.d.dos.

Bütün xəbərlər Facebook səhifəmizdə