Sarkisyandan Paşinyana ötürülən çarx…

Sarkisyandan Paşinyana ötürülən çarx…

Ac qarınlar diplomatik vədlərə aldanacaqmı?

Bu gün baş verənlərin əsas səbəbi nədir? Erməni siyasi şüurunun cahilliyi, işğal olunan ərazini tərk etmək zəruriliyinin dərk edilməməsi. Erməni xalqı elə zənn edirdi ki, Sarkisyandan yaxa qurtardılar, küçdən özünü "demokrat" hesab edən Nikol Paşinyanın komandasının hakimiyyətə gətirməklə ölkədə müəyyən real dəyişikliklər ediləcək. Proseslər göstərir ki, onlar yenə yanılırlar. Yeni hakimiyyət də əvvəlkilər kimi reallığı ört-basdır etməklə hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir. Bu, həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq vurğulayırlar. Ancaq əsas məsələ odur ki, bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru qabil deyil. Bunu bu günlərdə Paşinyanın BBC-nin “HARDTalk” proqramına verdiyi müsaibə fonunda bir daha özünü qabarıq şəkildə göstərdi.

Uğursuz müsahibə Paşinyanın ölkəsində olmayan imicini yerlə bir etdi

Ermənistanda mövcud hakimiyyətin xarici siyasət sahəsində naşı olması bu ölkənin özündə də dəfələrlə sərt tənqid hədəfinə çevrilib. Növbəti dəfə Ermənistanın baş naziri Nikol Paşinyanın BBC-nin "HARDTalk" proqramına verdiyi uğursuz müsahibə isə Paşinyanın olmayan imicini yerlə bir etdi. Çətin vəziyyətə düşən Paşinyana jurnalist Stiven Sakur Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalı, Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribat, mülki vətəndaşımızı qətlə yetirməsi, Dağlıq Qarabağa qanunsuz yol çəkilməsi, Avropa parlamentarilərinin bununla bağlı bəyanatı və digər məsələlərlə bağlı ünvanlandığı suallar qarşısında aciz duruma düşərək, bu sualların cavabından yayanıraq, rabitəsiz cavablar verməklə, işğala haqq qazandırmağa çalışıb. Amma bununla, belə demək olarsa, özünü daha da biabır edib. Məhz bu səbəbdən Ermənistanın özündə Paşinyan sərt tənqid atəşlərinə məruz qalıb. Məsələn, politoloq Qaqik Hambaryan bu xüsusda bildirir: "Ermənistan baş naziri Nikol Paşinyanın Britaniyanın BBC telekanalının məşhur “HARDtalk” verilişinə müsahibəsi növbəti dəfə sübut etdi ki, Nikol heç bir mövzu ilə bağlı dərin məlumatlandırılmış deyil, biliyə sahib deyil. Bundan başqa, heç bir əlaqəyə malik olmadığını özünə aid etməkdə tərəddüd etmir, həyata keçirmədiyi və uğursuz vədlərini "unudur". Belə ki, Nikol müsahibə zamanı Qarabağdakı rejimi danışıqlar prosesinə daxil etmək barədə uğursuz planına tamamilə toxunmadı. Çünki bu zaman onu daha çətin suallar gözlədiyini başa düşdü və bundan qorxdu. Amma buna qədər dedikləri də özünü biabırçı duruma salmasına yetdi".

Erməni siyasi-ictimai xadim Mihran Hakobyan da Paşinyanın müsahibə nəticəsində Ermənistana ciddi zərbə vurduğu qənaətində olduğunu bildirib: “BBC”-nin “HARDtalk” formatı çox vacib xüsusiyyətə malikdir: məhz başlanğıcdan xəbərdarlıq edirlər ki, ağır və əlverişsiz suallar olacaq. Paşinyan isə bunlara hazırlaşmamışdı. Yaxşı, ölkəni bu qədər sevməmək olar? Həmvətənlərə bu qədər nifrət etmək olarmı ki, bu adam hamını utancdan kədərlənməyə məcbur edir? Niyə, xalqımızın hansı günahına görə bu adam ingilisdilli auditoriya qarşısında bilmədiyi dildə özünü alçaltmağa razı oldu?”.

Bir sözlə, Paşinyan nəzarəti altında olan media vasitəsilə müsahibədə çətin vəziyyətə düşdüyünü ört-basdır etməyə çalışsa da, erməni cəmiyyətində tamam fərqli vəziyyət hökm sürür. Bu da Paşinyanın reytinqi üçün növbəti zərbə sayılır.

Nikol hansı donu geynirsə geyinsin, yamağı görünür…

Ermənistanın Azərbaycana əsassız ərazi iddiasının, davam edən işğal rejiminin düşmən ölkəyə “bəxş elədiyi” ən pis sürpriz onun bütün regional iqtisadi və energetik, kommunikasiya layihələrindən kənarda, blokada rejimində saxlanmasıdır. Bunu da ən birinci səbəbi ölkəyə rəhbərlik edənlərin işğalçılıq siyasəti aparmasıdır ki, bu günə kimi Ermənistan özünün sovetdən qalma rüşeym iqtisadiyyatı ilə on illərdir ki, dünya iqtisadi sisteminə çıxış əldə edə bilməyən və inteqrasiya oluna bilməyən işğalçı ölkə nəticədə tullantı ölkəyə çevrilib. Bu prosesin daha sürətlə baş verməsinin səbəbi isə, sərsəm, siyasi savaddan uzaq olan Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən daha çətin anlar yaşandı.

Buradan sadə bir məntiqi nəticə alınır: Ermənistanın problemin həlli ilə bağlı təsəvvürləri ilə reallıq arasında dərin bir ziddiyyət mövcuddur. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən dəm vur və ya başqa tarixi “faktlar” gətir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!

Göründüyü kimi, mövcud vəziyyət tamamilə Paşinyanın əleyhinə işləyir. Şantaj, təhdid, siyasi rəqiblərin sıradan çıxarıldığı, müstəqillik dövründə heç bir demokratik seçki keçirtmək təcrübəsinə malik olmayan bir dövlətdə bir ay içərisində demokratik seçkilərin təşkil olunacağı vədi isə boş sözlərdən başqa bir şey deyil.

Baş verənlər onu deməyə əsas verir ki, Nikol Paşinyan saxta və köhnəlmiş fikirləri təkrarlamaqla məşğuldur. Belə bir müqayisə də yerinə düşər ki, Nikol Paşinyanla Qorbaçovun Azərbaycan üçün elə bir fəqri yoxdur, çünki hər ikisi işğalı təfəkkürə maliklilər. Ona görə də, Nikolş hansı donu geynirsə geyinsin, yamağı görünür. Çünki yalan ayaq tutur, ancaq yermir. Yerisə belə uzağa gedə bilmir. Çünki onun geydiyi papışlar bünövrədən cırıqdır.

Məhz bu reallığı anlayan erməni ictimaiyyəti artıq istər Petrasyan, istər Sarkisyan, istərsə də Paşinyan olsun Ermənistanda baş verən ictimai-siyasi gərginliyin, problemlərin bitib-tükənmədiyini görərək ayağa qalxmaqdadır. Etirazçılar bildirirlər ki, əvvəlki quldur rəhbərlərdən Paşinyan heç də fərqlənmir. Və erməni xalqı bilir ki, hakimiyyətə yalan vədlərlə gəlib və hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: necə deyərlər, Paşinyan min-bir hiylə ilə hördüyü corabın toruna özü düşməkdədir.

Bir sözlə, Paşinyanın hakimiyyət dönəmini təhlil edən siyasi şərhçilər və araşdırmaçı erməni yazarlar ölkədə heç bir inkişaf və islahatlar getmədiyini, qalan tənəzzül, iflas, korrupsiya, bürokratik əngəllər bu gündə də davam etməkdədir.

"Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir"

Bu faktor əsas amildir. Çünki bir ölkəyə quldur dəstə rəhbərlik edirsə, o ölkənin gələcəyindən danışmağa belə dəyməz. Azərbaycan Prezident İlham Əliyev çıxışlarında dəfələrlə darında erməni tərəfinə dəfələrlə sərt xəbərdarlıqlar edərək bildirib ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz: "Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar".

Prezident İlham Əliyev onu da bildirib ki, işğalçı ölkədə korrupsiyaya qurşanmış oğru rejimi höküm sürdüyünü erməni xalqı da deyir: “Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir”.

Beləliklə, siyasi istiqaməti məlum olmayan və ümumiyyətlə dövlətçilikdə naşı olan Paşinyanın nala-mıxa vurması ölkədə hansısa yenilik vəd etmir. Əksinə, ermənilər daha aydın görürlər ki, onların rifahı, ümumiyyətlə xalq olaraq varlıqları Azərbaycanla normal münasibətlərdən keçir. Belə münasibətlər qurulmayana, işğal faktına son qoyulmayana qədər Azərbaycan Ermənistanın dövlət olaraq çöküşünü davam etdirəcək.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə