Bu gerçəklik xalq və iqtidar birliyinin bariz təcəssümüdür, desəm yanılmaram. Gəlin müqayisə aparaq, hansı dövlətin başçısı öz xalqına bu qədər yaxın və səmimi olub? Bu gün dünyanı ağuşuna alan gözəgörünməz bəla - COVID-19 pandemiyası peyda olarkən dünyanın ən çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qaldığı bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev elə ilk andan düşünülmüş və uğurlu addımları ilə bu çətin məqamlardan çıxmağı bacardı. Koronavirusun gətirdiyi bəlalara baxmayaraq, bu gün bütün xalqımız adından böyük qürur hissi ilə bəyan etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fövqəladə bacarıq nümayiş etdirmiş, ölkəsini və xalqını xilas etmək vəzifəsini həyata keçirmiş qalib Baş Komandandır. Belə ki, dövlət başçısının qəti tapşırıqları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə miqyasında genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkili, tərəddüd etmədən ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavirus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilmişdir.
Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili koronavirusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açmışdır. Ölkə Prezidentinin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın operativ məlumatlarının vaxtında xalqa çatdırılması insanların həyat fəaliyyətinin idarə olunması və tənzimlənməsində mühüm rol oynadı. Eyni zamanda, ölkə başçısı bir illik məvacibini aztəminatlı ailələrə ayırdı, bundan başqa dövlət büdcəsindən bir milyard manat vəsait pandemiya ilə mübarizəyə xərcləndi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev fondundan ölkəmizin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələrə yardımlar edildi. Və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi "Biz birlikdə güclüyük!” çağırışı real həyatda, ən çətin proseslərdə taleyüklü məsələlərin həllində özünün real gücünü və əhəmiyyətini isbat etmişdir.
Növbəti qürurverici uğur - BMT-nin 130-dək üzv dövlətlərinin Prezident İlham Əliyev cənablarına böyük etimadı
Ölkə Prezidenti İlham Əliyevin prezidentlik fəaliyyətinin son 17 ili müddətində Azərbaycan bütün sahələrdə ancaq və ancaq imzası imzalar içində, səsi isə yüksək tribunalardan gəlib və gəlməkdədir. Məhz öu pandemiya zamanında da belə Azərbaycanın dövlət başçısı İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü, tam mənada BMT dövlətinin dəstəyini qazanması deyilənlərin real sübutudur və bu təşəbbüsün dəstəklənməsində dövlət başçımızın imici, Onun nüfuzu böyük rol oynayır. Və həmin dövlətlər başa düşürlər ki, Azərbaycan Prezidenti İlham Əliyevinin dünya birliyi çərçivəsində oynadığ rol, tutduğu mövqe bir çox dövlətlər tərəfindən dəstəklənir. Belə olan halda Azərbaycanın zəngin təcrübəsindən faydalanmaq lazımdır. BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi bir daha beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın, etibarın növbəti göstəricisi oldu. Bu hər bir azərbaycanlı üçün fəxr ediləcək haldır.
Həmçinin, digər bir sevindirici və qürur duyulacaq hissdir ki, məhz Qoşulmama Hərəkatının sədri kimi dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans formatında keçirilən Zirvə görüşü dünya siyasətçilərinin əsas mövzusuna, kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrildi.
Eyni zamanda, onu da vurğulamaq istərdim ki, Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizədə qlobal birliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib və 30-dan çox ölkəyə humanitar yardım göstərib. Bir sözlə, bütün bunların arxasında heç şübhəsiz ki, Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasət dayanır. Və bu gün Azərbaycanın koronavirusa qarşı mübarizədə müsbət nəticələrin əldə olunmasının nəticəsidir ki, artıq ölkəmizdə yumuşalma prosesi gedir. Buna isə xalq-hakimiyyət birliyinin müsbət nəticəsində əldə olunub. Çünki xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amil olmaqla yanaşı, hər bir kəs özündə məsuliyyət hissi duymalıdır. Prezident İlham Əliyev cənabları da avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilə müşavirədə də bunu bir daha vurğulayıb.
“Ona görə hamımız məsuliyyətli olmalıyıq”
Bu ən əsas məsələdir. Dövlət başçımız keçirilən müşavirədə bildirib ki, yumşalmadan sonra xəstəliyin kəskin artdığı baş verərsə, ö zaman yenidən karantin rejimini sərtləşdiriləcək. Ona görə də, dövlət başçısı həmişə olduğu kimi, bu müşavirədə də bir daha xalqımızı məsuliyyətli olmağa, karantin rejiminin qaydalarına əməl etməyə çağırdı: “Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun. Bu, çox ağır xəstəlikdir. Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamımız məsuliyyətli olmalıyıq. Əgər belə olsa, dediyim bütün tapşırıqlar yerinə yetirilsə, biz qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik”.
Göründüyü kimi, dövlətin siyasəti onu göstərir ki, insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Ona görə də, bu vəziyyətdən qalib çıxmaq üçün nə qədər lazımdırsa, dözməli, məsuliyyətli, karantin rejiminə əməl etməliyik. Bütün bunlara isə, məsuliyyətli olmağımız nəticəsində nail ola bilərik. Çünki sosial məsuliyyət məsələsidir. Sirr deyil indiki situasiya təkcə dövlət orqanları qarşısında deyil, hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Hamı başa düşməlidir ki, sosial yönündən asılı olmayaraq atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür. Və sosial şəbəkələrdə şayiə və dezinformasiya, təşviş doğuran xəbərlər yayanlara qarşı isə ciddi tədbirlər görülür, görülməlidir də. Və dövlətin xalqın təhlükəsizliyi üçün bir qədər də zəruri və sərt addımlar atması ancaq və ancaq vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçündür!
Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 17 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.
Beləliklə, prosesləri təhlil etdikdə, gəlinən obyektiv nəticə budur ki, Azərbaycan koronavirus sınağından üzüağ çıxır. Prezident İlham Əliyevin xüsusi nəzarətində olan və məhz Onun tapşırıq və tövsiyyələri əsasında müvafiq qurumların həyata keçirdiyi işlər qısa müddətdə yekun hədəflərə çatdıracaq. Bu prosesdə dövlət bütün yükü üzərinə çəkib. Vətəndaşlardan isə bircə tələb var – karantin qaydalarına əməl etmək! Çünki Azərbaycanda koronovirusla mübarizə modeli həm də özünü daha da təkmilləşdirmək gücündədir...Budur uğrlu inkişaf! Budur, Azərbaycan Prezidentinin öz xalqına diqqəti, qayğısı! Xoşbəxtik ki, həyata keçirdiyi siyasəti bütünlüklə xalqımızın, bizim rifahımıza həsr etmiş bir LİDERİMİZ var!
ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB