Paşinyanın günü necə olacaq?
Doğurdan da haqq nazilər, amma üzülməz. Elə son günlər baş verən olaylar bir daha göstrdi ki saxtakarlıq, yalan danışmaq ermənilərin qanındadır. Bu fikir siyasətçilər və dahilər tərəfindən dəfələrlə deyilib və sübut edilib. Əslində, bu, çoxları üçün yenilik olmasa da, erməni baş nazir Nikol Paşinyan üçün hələ də anlaşılmazdır. Küçə «demokratı»nın yalanlar üzərində qurduğu utopik xəyalarını erməni xalqının başına yeridərək Ermənistanı «inkişaf etmiş ölkələr sırasına çıxaracığı” vədləri elə vədlər olaraq qaldı. Verilən vədlərə və yalanlara diqqət yetirək: Paşinyan deyirdi ki, “2019-cu ilin sonuna qədər Ermənistan iqtisadi artım baxımından ilk onluğa daxil olmasa da ilk 15 ölkə arasında yer alacaq”.
Bu sözləri Nikol erməni sahibkarlar üçün yeni il qəbulu zamanı bəyan etmişdi. Söylədiyi yalandan cuşa gələn baş nazir Ermənistanın başa çatmaqda olan ildəki göstəricilərinin, nəinki Cənubi Qafqazda, hətta dünya ölkələri arasında da «rekord» qırdığını bildirirdi. “!Novosti Armeniya” saytı Paşinyanın fikirlərindən sitat gətirib: “Ermənistan tərəfindən həyata keçirilən “bu uğur” nəinki Avrasiya İqtisadi Birliyi, hətta MDB ölkələri arasında ilk göstəricidir. Mən yüksək ehtimalla, iqtisadi artım baxımından Ermənistanın Avropada liderlər sırasında olacağına da şübhə etmirəm”.
Bəli, bu gün Paşinyanın hər sözü yalandır. Elə bu günlərdə işğalçı ölkənin baş naziri Nikol Paşinyanın BBC-nin “Hard Talk” proqramına müsahibəsində aparıcı Stephen Sackurla söhbətdə səsləndirilən suallarla bağlı çətin duruma düşdü. Xüsusilə, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, BMT qətnamələrinin məzmunu ilə bağlı fakt qarşısında qalması Nikol Paşinyanın simasında Ermənistanın Azərbaycana qarşı tutduğu mövqe, yalanları dünyaya çatdırıldı. Bu müsahibədən sonra artıq dünyanı erməni yalanları ilə aldatmaq mümkünsüzdür.
“HardTalk” Paşinyanın siyasətdə təcrübəsiz olduğunu sübut etdi
Doğrudur, bu müsahibədə N.Paşinyanın bütün iç üzünü ortaya qoydu. Bəzi məqamlara daha konkret faktlarla aydınlıq gətirmək istərdik. Ən əsası isə, «Hard Talk» proqramı Paşinyanın siyasətdə təcrübəsiz olduğunu, tam formalaşmadığını bir daha sübut etdi. Əslində, Paşinyan siyasi savad səviyyəsi və təcrübəsizliyini bundan əvvəlki beynəlxalq tədbirlərdə də göstərmişdi. Belə ki, onun Münxen konfransında Prezident İlham Əliyevlə debat zamanı mat vəziyyətinə düşməsi və üzləşdiyi biabırçılıq bu gün də dünya siyasi arenasında hamının xatirindədir. Azərbaycan Prezidenti İlham Əliyevin arqumentlərə və tarixi faktlara, uğurlu diplomatik gedişlərə əsaslanan çıxışı qarşısında Paşinyanın miskin görünüşü nüfuzlu xarici media orqanlarında da işıqlandırılmış, hətta öz ölkəsində də mediada sərt tənqid edilmişdi. Və Paşinyanın Münhen biabırçılığı daha kəskin formada “Hard Talk” proqramında bir daha təkrarlandı və milyonlarla izləyici bunun şahidi oldu.
Digər məqam isə, Paşinyan bu ilin iyul ayında Tovuz istiqamətində Ermənistan ordusunun təxribatı ilə bağlı verilən suala özünün uydurma yalan faktları ilə, guya bu təxribatın Ermənistan tərəfindən deyil, Azərbaycan tərəfindən törədildiyini bildirmək istəsə də, jurnalist onun bu istəyinə imkan verməyərək, BMT-nin 4 məlum qətnaməsinə əsasən Ermənistanın işğal olunmuş əraziləri tərk etməli olduğunu xatırlatması və bu sual qarşısında müsahibin pərt duruma düşməsini proqramın kulminasiyası, baş nazir Paşinyanın karyerasında isə ən “yaddaqalan” müsahibə hesab etmək olar. Göründüyü kimi, biabırçı vəziyyətə düşmək nə deməkdir.
Digər maraqla məqam isə, Paşinyanın münaqişə başlanan zaman Dağlıq Qarabağ əhalisinin 18 faizinin erməni olduğunu etiraf etməsi dolayısıyla bölgədə demoqrafik baxımdan yerli azərbaycanlı sakinlərin üstün olduğunu qəbul etdiyini deməsi oldu. O zəman jurnalist «belə olan halda üstünlük təşkil edən azərbaycanlı əhali indi hanı?!» deməsi, məntiqi olaraq yaranan bu suala cavab nə ola bilər? O zaman beynəlxalq qurumlar qəbul etdikləri sənədlərə əsasən 1 milyon məcburi köçkünün pozulmuş hüquqlarının qorunmasına nə cavab verməlidir? Göründüyü kimi, istər Münxen konfransı çərçivəsində debat, istərsə də BBC-yə verilmiş məlum müsahibə onu göstərir ki, işğalçı ölkənin təmsilçisi Paşinyan Prezident İlham Əliyevlə danışıqlarda tam aciz, tərksilah olunmuş, küncə sıxılmış durumda olur.
Erməni politoloq: “Ermənistan Xarici İşlər nazirinin BBC-yə müsahibəsi diplomatik erməni düşüncəsinin ən pis təzahürlərindən idi”
Bnu erməni politoloq Andranik Tevanyan bildirib. O qeyd edib ki, nazirin verdiyi cavablar asimmetrik və qeyri-adekvat idi: “Ən təhlükəlisi odur ki, nazir Paşinyanın yanlış bəyanatlarını düzəltməyə və beynəlxalq mətbuatda mövqeyimizi aydınlaşdırmağa çalışdı. Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ Azərbaycanındır və NİDA» işarəsi variantı ilə danışır, Mnatsakanyan isə müsahibəsi zamanı Qarabağın statusu və təhlükəsizliyi haqqında bildirir. Prezident İlham Əliyev Naxçıvanla quru əlaqəsinin yaradılması haqqında danışır, Mnatsakanyan isə Paşinyanın dediyini təkrar edərək bildirir ki, münaqişənin həll variantı Azərbaycan xalqını da təmin etməlidir”.
Paşinyana vurulan ən ağır zərbə - Azərbaycanın qüdrətli realllığı
Beləliklə, göründüyü kimi, Paşinyan bu qüdrətli reallığı görməsə də, Azərbaycan Prezidenti ona dəfələrlə dərk etdirib. 1962-ci ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu dialoq platformalarından biri sayılır. Yuxarıda vurğuladığımız kimi, belə bir önəmli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın hökumət başçısına tarixi dərs verdi. Prezident İlham Əliyev çıxışında Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər tarixi əraziləri, ö cümlədən İrəvanla, həmçinin Ermənistanın bir dövlət olaraq formalaşdırılması ilə bağlı tarixi faktlara söykənən tarixi çıxışı Paşinyanın yalanlarını darmadağın etdi. Və bu debatda, sadəcə, Ermənistanın baş naziri deyil, bütövlükdə erməni təbliğat maşını dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə məğlub olduğunu bir daha sübut etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu dəfələrlə bəyan edib. Azərbaycan Prezidenti müxtəlif səviyyəli platformalarda bununla bağlı bəyanatlar səsləndirib. Dövlət başçısı alman faşizmi ilə əməkdaşlıq etmiş, buna görə SSRİ hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş Qaregin Njdeyə Ermənistanda heykəl qoyulmasını da kəskin şəkildə pisləyib, bunun qəbuledilməz olduğunu bildirib. Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə son müsahibəsində bildirmişdir ki, İkinci dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı, faşistlərə heykəllər qoyulması nifrət və ikrah hissi oyadır. Ölkə başçısı təəssüflə qeyd etmişdir ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir və buna konkret misal kimi, bir neçə il öncə Ermənistanda faşist cəlladı və caniyə, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulduğunu xatırlatmışdır. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş sənədlərdə Q.Njdenin cinayətlərinin sübut olunduğunu deyən Prezident İlham Əliyev bu erməni faşistinin müharibə dövründə dediyi “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” sözlərini də diqqətə çatdırmışdır.
Ermənistanda hakimiyyət böhranı dərinləşir
Bütün bu siyasi proseslərlə yanaşı, bu gün Ermənistanda iqtisadi böhran da dərinləşməkdədir. Xüsusilə də, Paşinyanın son açıqlamaları, və savdsız müsahibələri Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən Paşinyanın dünya dövlətləri çərçivəsində savadsızlığı, digər tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər, eyni zamanda Rusiya ilə "qaz anlaşması"nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır. Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışır, lakin müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır. Beləliklə, bütün bu faktlar bir daha Ermənistanın faşist və təcavüzkar mahiyyəti növbəti dəfə sübut etdi. Bütün bunlar xəyal deyil, reallıqdır... Paşiyanı da babasının aqibəti gözləyir. Haqq-ədalət sözsüz ki, vaxt gələcək öz yerini tutacaqdır.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB