Deputat Vüqar İskəndərov seçiciləri ilə növbəti onlayn görüş keçirib - FOTOLAR

Deputat Vüqar İskəndərov seçiciləri ilə növbəti onlayn görüş keçirib - FOTOLAR

Milli Məclisin deputatı Vüqar İskəndərov seçiciləri ilə növbəti onlayn görüş keçirib. Bu barədə verilən məlumatda deyilir ki, görüşdə seçicilər öz problem və təkliflərini millət vəkilinə çatdırıblar.

Problemlər arasında kommunal problemlər, məşğulluq, maliyyə məsələləri və s. mövzular yer alıb. Bəzi məsələlər yerindəcə həll olunub. Müraciətlərin bir qismi isə aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilib.

Qeyd edək ki, bu cür onlayn qəbullar növbəti həftələrdə də həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə