XIV əsrə aid Nizaməddin məscidinin ətrafı zibildən təmizlənib FOTO
Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən XIV əsrə aid Nizaməddin məscidinin ətrafı zibildən təmizlənib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən SİA-ya verilən məlumata görə, sosil şəbəkədə yayılan fotolardan sonra əməkdaşları ərazidə olublar.
Qeyd olunub ki, bir müddətdir ətrafda yaşayan sakinlər həmin əraziyə zibil atırlar. Abidənin qarşısındakı zibillər bir neçə dəfə təmizlənib, sakinlərə də xəbərdarlıq olunub. Belə halların təkrarlanmaması üçün müvafiq dövlət orqanlarına da müraciət olunacaq. Bir daha vətəndaşlarımızdan xaiş edirik ki, belə hallara yol verməsinlər. Abidələri qorumaq, onlara xətər yetirməmək hər bir vətəndaşın borcudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB