Teleaparıcı Elçin Əlibəyli Naxçıvan MR əhalisindən üzr istədi! VİDEO
“Space” telekanalında tanınmış teleaparıcı Elçin Əlibəylinin aparıcısı olduğu “El bizim sirr bizim” verilişində anlaşılmazlıq yaranıb və aparıcı buna görə Naxçıvan MR əhalisindən üzr istəməli olub. SİA xəbər verir ki, bu barədə ucnoqta.az yazır. Belə ki, teleaparıcının verilişində Naxçıvan MR Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat efirə gedib. Verlişə qonaq qismində qatılan və əslən Sədərək rayonundan olan şair Kamaləddin Qədimin Muxtar Respublikanın Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat verməsi, məhz onun sözügedən məsələni ictimailəşdirməsindən sonra Naxçıvan MR Sədərək Rayon Polis İdarəsinin rəisinin, rayonun icra başçısının müavininin, icra başçısının köməkçisinin vəzifəsindən azad olunduğunu deməsi Muxtar Respublikada ciddi iradlarla qarşılanıb, verilən məlumatların doğru olmadığı bildirilib.
Nəticədə araşdırma edilib və teleaparıcı Elçin Əlibəyli dəqiqləşdirilməmiş məlumatın verilişdə yayımlandığına görə Naxçıvan MR əhalisindən, Sədərək Rayon İcra Hakimiyyətinin rəhbərliyindən üzr istəyib.
Qeyd edək ki, teleaparıcının üzrxahlığı ilə bağlı Naxçıvan televiziyası da reportaj yayımlayıb.
Həmin reportaja aşağıdakı linkə tıklamaqla baxa bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB