Mirkazım Seyidovun növbəti “Ulu öndər” kitabının təqdimat mərasimi keçirilib - FOTO
Bu gün ictimai-siyasi xadim Mirkazım Seyidovun "Ulu öndər" adlı növbəti kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları öncə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İlk olaraq çıxış edən siyasi icmalçı Qulu Məhərrəmli qeyd edib ki, kitabın məhz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə təsadüf etməsi xüsusi haldır.
Təqdimatda çıxış edən "İki sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə vurğulayıb ki, dünyanın bir çox yerlərində ümummilli liderin anadan olması ilə bağlı tədbirlər həyata keçirilir: "Müstəqil Azərbaycan dövlətinin inkişafı məhz ulu öndərlə bağlıdır. Bununla yanaşı, həmçinin Azərbaycan iqtisadiyyatının və digər sahələrin daha da inkişaf etməsini Heydər Əliyevin adı ilə bağlamaq lazımdır. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişi müasir Azərbaycanın müstəqillik təməlini qoydu. Bütün bu kimi müsbət keyfiyyətlərin hamısının kitabda yer alması yüksək qiymətləndirilməlidir. Heydər Əliyevin adı hər zaman bizlərə əzizdir. Hər bir Azərbaycan vətəndaşı ulu öndərin yaratmış olduğu dövlətin inkişafı naminə əlindən gələni əsirgəməməlidir. İndi də prezidentimiz İlham Əliyev Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Onu da xüsusi qeyd edim ki, əgər Azərbaycan dövlətini hər zaman inkişaf etdirmək istəyirsənsə, o zaman mütləq ümummilli liderin siyasi xəttindən yararlanmaq lazımdır".
Daha sonra "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edib və bildirib ki, müasir Azərbaycan dövlətinin tarixində "Səs" qəzetinin adını çəkməmək ədalətsizlik olardı: "Çünki məhz bu qəzet vasitəsi ilə xalqımızın bir qrup ziyalısı Heydər Əliyevə müraciət ünvanlayıb. Ümumilli liderimiz Heydər Əliyev də eyni qəzetlə xalqa müraciət edib, Azərbaycanın düşdüyü ağır vəziyyətdən çıxış yollarını göstərib. Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, ulu öndəimiz bütün dönəmlərdə Azərbaycan xalqının yanında olub, problemlərinə biganə qalmayıb. Bunun da bariz nümunəsi olaraq ulu öndərin xalqın müraciətindən sonra yenidən hakimiyyətə qayıtmasını göstərə bilərik. Ümummilli lider fəaliyyətinin bütün istiqamətlərində xalqına olan məhəbbətini hər zaman biruzə verirdi. Kimliyindən asılı olmayaraq da hər bir vətəndaşın Heydər Əliyevə dərin hörməti və məhəbbəti olub və bundan sonra da olacaq.
Mirkazım Seyidovun ulu öndərə olan məhəbbətini hər zaman müxtəlif yollarla nümayiş etdirdiyini deyən B.Quliyev: "Bu məhəbbətin ən vacib göstəricisi olaraq bugünkü kitabı misal gətirmək kifayətdir. Hesab edirəm ki, bu kimi Heydər Əliyevə həsr olunan kitablar hələ bundan sonra da işıq üzü görəcək. Zaman ümummilli lideri bizdən ayırsa da, onun əzəməti daha da artır. Kitabın 3 dildə - Azərbaycan, rus, ingilis dilində işıq üzü görməsi müsbət göstəricidir",- deyə əlavə edib.
Tədbirin davamında çıxış edən "Paritet", "Palitra", "Xalq cəbhəsi" və digər qəzetlərin baş redaktorları, ictimai-siyasi xadimlər Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü əvəzsiz xidmətlərindən söz açıblar.
Qeyd edək ki, kitab proloq, epiloq və XIV fəsildən ibarətdir. Kitabın təqdimatı isə Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Sonda müəllif kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB