Azərbaycan pandemiya dövründə də uğurlu sosial siyasət həyata keçirir
Prezident İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”
COVID-19 pandemiyası peyda olarkən dünyanın ən çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qaldığı bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev elə ilk andan düşünülmüş və uğurlu addımları ilə bu çətin məqamlardan çıxmağı bacardı. Və bu gün artıq Azərbaycan koronavirusa qarşı mübarizədə müsbət nəticələrin əldə olunmasının nəticəsidir ki, artıq ölkəmizdə yumuşalma prosesi gedir. Sözsüz ki, bu ən vacib şərtdir. Çünki xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmalı lider amilinin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarında olsun, xalqı və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin və sözü ilə əməli üst-üstə düşsün. Və belə liderləri tarixə bəxş edən xalqlar və dövlətlər əzəmətli olmaqla yanaşı, həm də böyük qürur və fəxarət hissi duymaqdır. Bu gün Azərbaycan xalqı xoşbəxt olmaqla yanaşı qürur duymaqa haqqı var ki, Ulu Öndərimiz Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev son 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir.
Xüsusilə də, son 4-5 ay ərzində bütün dünyanı ağuşuna alan koronavirusa qarşı mübarizədə dövlət başçımızın düşünülmüş siyasəti nəticəsində müsbət dinamiea ələd olunub. Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə də dövlət başçımız çıxışında da bildirdi.
“Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”
“Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”, deyən dövlət başçımız bu gün 46 xəstəxananın ancaq koronavirus xəstələrinə xidmət göstərdiyini, bunlardan 41-inin son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilərək, müasir avadanlıqlarla təchiz olunduğunu deyib. Və bir daha vurğulayıb ki, bu vaxtında atılan uğurlu addımların nəticəsində əldə olunub: "Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik".
Dövlət başçısı onu da bildirib ki, məhz bu uğurlu addımların nəticəsidir ki, adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir: “Bu günə qədər modul tipli doqquz xəstəxana istismara verilmişdir. Onlardan dördü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”.
Sosial rifaha istiqamətlənən uğurlu nəticələr…
Göründüyü kimi, görülən işlər və nəticələ göz önündədir. Ölkə Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrıldı. İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.
Bir milyon 600 mindən çox işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib
Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Pandemiya ilə əlaqədar məşğulluq orqanlarının fəaliyyəti gücləndirildi. Dövlət başçımızın tapşırığı ilə iki ayda 600 min işsiz şəxsə birdəfəlik ödəniş edildi. İşsizlər və qeyri-formal işlədiyinə görə, pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri bir neçə tədbiri əhatə edir. Bunlardan ən mühümü ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsidir. Aprelin 7-də Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib və çox qısa müddətdə, cəmi iki gün sonra ödənişlərə başlanıldı.
Prezident İlham Əliyev avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə də bir daha bildirdi ki, karantin müddəti uzandığı halda birdəfəlik ödəmə - 190 manat növbəti aylarda da veriləcək.
Bəli, Azərbaycan dövləti hər zaman bütün sahələrdə öz sözünü deyir. Prezident İlham Əliyev avqustun 6-da da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə də bir daha bildirdi: "Sosial dəstək bundan sonra da davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik".
Bəli, Azərbaycan dövləti bütün sahələrdə, o cümlədən sosial sahədə də öz sözünü deyir. Çünki Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi “Dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.
Bir sözlə, bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB