Bu nə birinci, nə də sonuncudur…
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə aciz vəziyyətə düşüb, özü də dünya qarşısında. BBC telekanalında yayımlanan "HardTalk" verilişində qonaq olan Paşinyan aparıcının sualları qarşısında çətin anlar yaşayıb. İngilis dilini yaxşı bilməməsi bir yana, Nikol Paşinyan suallardan yayınmaq, yaxud da əlaqəsiz cavablar verməklə bir daha siyasi səriştəsizliyini, savadsızlığını bir daha nümayiş etdirib. “Ermənistanın Baş Naziri Nikol Paşinyanın BBC telekanalında yayımlanan “HardTalk” verilişinə müsahibəsini ayrıca şərh etmək istəməzdim. Amma burada ilk olaraq tamaşaçı nöqteyi-nəzərindən ədalətli jurnalistikanı, haqlı sualları gördük". Bunu açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyevin fikrincə, qərb jurnalistikasında belə bir deyim var ki, yanlış sual yoxdur, yanlış cavab var: “Düzgün suallara yanlış və təhrif olunmuş, qeyri-peşəkar cavabların şahidi olduq. Müsahibədə çox düzgün və haqlı suallar var idi ki, Ermənistan Azərbaycana qarşı təcavüz törətməsi, Ermənistan hakimiyyətinin Azərbaycan xalqından üzr istəməsi kimi suallar bu qəbildəndir. Bunun ya “hə”, ya da “yox” cavabının olduğu konkret deyildi. Ermənistan Respublikasının dövlət səviyyəsində məsuliyyəti var ki, Azərbaycan xalqına qarşı bu kimi cinayətləri törədib. Müsahibə alınan tərəfin qeyri-peşəkarlığı, özünü komik vəziyyətə salması və digər hallar barəsində də əlavə şərhlər vermək istəməzdim. Biz həmin şəxsin bu epizodlarının Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə debata çıxması zamanı da şahidi olmuşduq”.
Küçə “demokratı” Paşinyan siyasi savadsızlığını və diplomatik bacarıqsızlığını mütəmadi nümayiş etdirir
Bəli, vaxtaşırı siyasi savadsızlığını və diplomatik bacarıqsızlığını nümayiş etdirən Ermənistanın baş naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan "HardTalk" verilişində növbəti aciz durumu yaşadı. Bu heç də təəcüüb də doğurmur. Çünki küçə «demokratı» Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən bu günə kimi sərsəm, savadsız və təxribat dolu bəyanatlarla gündəmə gəlməsinin sonu belə olmalıdır: aciz duruma düşmək!. Və onun xüsusilə də, Qarabağ münaqişəsi ilə bağlı çıxışları daxili auditoriyanı ələ almağa hesablansa da, əslində Ermənistanda baş nazir postunda necə savadsız, burnundan qabağı görə bilməyən birinin oturduğunu göstərir.
Levon Zurabyan: “Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bilmir, tənzimləmə və aydın siyasət barədə anlayışa sahib deyil”
“Erməni Milli Konqresi"nin üzvü Levon Zurabyan Ermənistanın baş naziri Nikol Paşinyanın BBC-nin “HardTalk” proqramına verdiyi müsahibəni tənqid edərək bildirib ki, müsahibədən aldığı təəssürat çox ağır olub: “Nəhayət Paşinyanın müsahibəsini izlədim. Təəssüratım çox ağır idi. Uğursuz müsahibənin bir neçə səbəbi var - ingilis dilinin qeyri-kafi səviyyəsi, cavabların məzmunu, baş nazirin əvvəlki addımları”.
Onun sözlərinə görə, ən üzücü məqam odur ki, N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bilmir, tənzimləmə və aydın siyasət barədə anlayışa sahib deyil. Konqres üzvü Ermənistan xarici işlər nazirinin bir neçə ay əvvəl eyni proqram çərçivəsində etdiyi çıxışını da xatırladaraq bildirib: “Nə Zohrab Mnatsakanyan, nə də Paşinyan Qarabağ münaqişəsinin mahiyyətini təqdim etmək fürsətindən istifadə edə bilmədilər”.
L.Zurabyan qeyd edib ki, Ermənistanın imici baxımından bu iki müsahibə baş tutmasaydı daha yaxşı olardı.
BBC Paşinyanı ifşa etməklə…
Bəli, “Erməni Milli Konqresi”nin üzvü Levon Zurabyanını sözünə qüvvət, BBC yaxşı ki, Paşinyan kimiləri Qarabağ münaqişəsinin mahiyyətinin nədən ibarət olduğunu başa saldı, ancaq yenə də anlaya bilmədi. Anlaya da bilməz, çünki anlamaq üçün küçə “demokratı” Paşinyanın savadı, siyasi düşüncəsi olmalıdır, bu isə mümkünsüzdür. Elə avqustun 14-də İngiltərənin BBC telekanalında məşhur “HardTalk” verilişinin aparıcısı Stiven Sakurun Ermənistanın baş naziri Nikol Paşinyanın sualları qarşısında növbəti dəfə aciz duruma düşməsi bunu bir daha sübut edir və adi hal alıb, desək yanılmarıq. Politoloqlar da bildirirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları ilə beynəlxalq görüşlərdə də ingilis dilində nəinki olduqca zəif danışması bir yana, hər cümləsində ingilis dilinin elementar qrammatik normalarını belə gözləməyən N.Paşinyan Ermənistanın məxməri inqilabdan sonra dünya reytinqlərində demokratiya, insan haqları, iqtisadi inkişaf, antikorrupsiya, məhkəmə islahatı sahələrində ən sürətli inkişaf edən ölkə kimi tanınması barədə cəfəng səslənən iddialar səsləndirməsi, doğurdan da gülüncdən də gülünc durum idi. Paşinyan, həmişə olduğu kimi ölkədəki hazırkı acınacaqlı vəziyyətin bütün günahını yenə də koronavirus pandemiyasının üzərinə cəhd etdi.
Müxbir isə, onun sözünü kəsərək, koronavirus mövzusuna köklənməklə müsahibənin məğzindən uzaqlaşmaq cəhdinin qarşısını aldı. "Siz hakimiyyətə gələndə Azərbaycanla sülh üçün cığırın tapılacağı vədini vermişdiniz, halbuki ötən ay yeni döyüşlər, yeni münaqişə, hər iki tərəfdən hərbçilərin həlak olmasını gördük. Sanki Ermənistan əvvəlki təcrübəsini davam etdirir və vəd edilən dəyişiklik baş vermir?" sualını verdi. Bu sual N.Paşinyanda isterik reaksiya doğurdu. O, beynəlxalq səviyyədə qəbul olunmuş mövcud danışıqlar formatının dəyişdirmək və işğal altındakı Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi münaqişə və danışıqlar tərəfi kimi təqdim etmək istəyini münaqişənin həlli üzrə indiyə qədər görünməyən yeni bir "formula" olduğunu sübut etməyə cəhd etdi.
Lakin müxbir “Əməllər sözlərdən daha çox danışır” ifadəsi işlətməklə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisini artilleriya atəşinə məruz qoymaqda, bir nəfər 76 yaşlı dinc sakini qətlə yetirməkdə ittiham etdi və bildirdi ki, "apardığınız siyasət sülhə nail olmaq məqsədi daşımır" deməklə N.Paşinyanı çətin vəziyyətə saldı.
Qeyd edək ki, N.Paşinyanın Azərbaycanın ünvanına səsləndirmək istədiyi cəfəng ittihamları dinləmək istəməyən S.Sakur isə onun üzünə bu fikirləri səsləndirməkdən çəkinmədi və bildirdi ki, "keçən ilin avqust ayında “Stepanakert”ə (Xankəndiyə) gedərək “Artsax (Siz Dağlıq Qarabağı belə adlandırırsız) Ermənistandır və nöqtə” bəyanatını etdiyiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı. Bu, Azərbaycana qarşı açıq-aydın bir təxribat idi» suala Paşinyan saxta tarixi iddialar səsləndərməklə cavab verməyə çalışsa da, müxbir onun üzünə “Sizin iddia etdiyiniz minillik tarixinizə girməyə niyyətimiz yoxdur. Bizim məqsədimiz hazırkı reallıqlara baxmaqdır. BMT-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan silahlı qüvvələri işğalçı ordudur və siz Dağlıq Qarabağa girərək o ərazinin sizin olduğunu iddia etməyə çalışırsız. Siz açıq-aşkar sülhpərvər deyilsiz” ittihamını vurdu.
Müsahibə zamanı Paşinyan ancaq öz xəyalında formalaşdırdığı cavabı verməklə çətinlikdən çıxmaq istəsə də, həqiqətdən qaçmaq mümkün deyil.
Bundan sonra Paşinyan yenə qeyd edib ki, guya Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirib və münaqişə bu andan başlayıb. Budur, həyasızlığın 100 faizi. Ermənistan hökumət rəhbərlərinin hər zaman dediyi əzbər yalanları təkrarlayan Nikol Paşinyan da, beləliklə bu sual qarşısında da aciz qalaraq yayınıb.
Göründüyü kimi, nəinki bu müsahibə, ümumiyyətlə küçədən hakimiyyətə gəldiyi bu iki ildən yuxarı fəaliyyəti dövründə Nikol Paşinyanın hələ siyasətçi kimi formalaşmadığını, təcrübəsiz, səriştəsiz, savadsız olduğunu göstərib.
Ancaq hər zaman olduğu kimi Ermənistanın baş naziri N.Paşinyanın məntiqsiz, cəfəngiyyatla, yalanla dolu müdaxiləsi, ölkəmizi ittiham etməsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kəskin şəkildə cavablandırılıb. Ən tutarlı məqam isə, Prezident İlham Əliyevin bütün tədbirlərdə həm rus, həm də ingilis dillərində ciddi arqumentlərlə dolu məntiqli çıxışları ilə Nikol Paşinyanın qorxulu kabusuna çevrilməsi idi. Ölkə başçısı bütün mötəbər tədbirlərdə olduğu kimi Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində də Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdiyi məqamı xatırlatmaq istərdim. Əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, bu sammitdə də Azərbaycan Prezidenti Azərbaycanın haqlı mövqeyini ortaya qoyaraq, Ermənistana qarşı diplomatik hücuma keçməklə onların işğalçı siyasətini ifşa etdi: «Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".
Ona görə də, Paşinyan bilməlidir ki, manevrlər ucuz sensasiyalarla tükənəndə…
Bəli, bu böhtanların bədəli böyük olur. Və hələ də erməni xalqı anlamır ki, Ter-Petrosyan hakimiyyətindən tutmuş indiki küçə "demokratı" başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyana kimi savadsızlırın uğursuz hakimiyyət "siyasətinin" əziyyətini elə sadə erməni xalqı çəkir. İşğalçı və quduzlaşmış Paşinyan bu günə kimi hansı qələtləri etməyib? "Qarabağ Ermənistanındır, vəssalam!" böyük qələtini edərkən, Azərbaycan Prezidentinin cavabı "NİDA!" oldu və belə də olmalı idi! Ən əsas məqam isə, Nikol bu cavabı nəinki öz ölkəsində, hətta bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsi qarşısında almaqla yanaşı, həm də dünyadakı erməni havadarlarına da bir "düz yola gəlin" mesajı idi və bununla Azərbaycan dövlət başçısı bu məsələni dəfələrlə təkrar çatdırıb: "Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir".
Bir sözlə: Paşinyan kimi küçə «demokratı»nın nə qədər təxribat və sərsəm bəyanatlarla çıxış etsə də, reallıq budur: təcavüzkar quduzlaşmış işğalçı Ermənistan zəbt etdiyi torpaqlardan çıxmalıdır, VƏSSALAM, BAŞQA YOL YOXDUR!!!
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB