Vətəndaşları gündəlik yoluxma sayında kiçik artımların olması narahat edir - TƏBİB

Vətəndaşları gündəlik yoluxma sayında kiçik artımların olması narahat edir. Ancaq karantindən sonra açılmalara getdiyimiz zaman belə artımların olmasına hazır olmalıyıq. SİA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, gigiyenik qaydalara elə əməl edilməlidir ki, bu artımlar nəzarət edilən həddə olsun. Yoluxmaların sayının sağalma sayından çox olmaması da əsasdır.

Y.Qarayeva əlavəe dib ki, hazırda ölkədə aktiv xəstə sayı 2024 nəfər olub.

O, Bakıda hazırda xəstəxanalarda dolma səviyyəsinin 24 faiz olduunu nzərə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...