Kafe və restoranlar 17 avqustdan etibarən açılacaq - Hikmət Hacıyev

Dünyada koronavirusa yoluxma sayı 21 milyondan artıqdır və 800 minə yaxın insan dünyasını dəyişib. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O, bildirib ki, Azərbaycan Respublikası beynəlxalq gündəlikdə koronavirusla bağlı məsələləri izləyir və diqqətdə saxlayır: "Avropa ölkələrində karantin rejimi ilə bağlı tendensiyalar müşahidə olunur. Ölkəmizdə virusla mübarizə çərçivəsində rəqəmlər hər birimizi sevindirir. Bu rəqəmlərin aşağı düşməsi vətəndaşlarımızın təmkinli və ciddi davranışı sayəsindədir. Rəqəmlərdə qismən artım müşahidə olunsa da, bu, vətəndaşların aktivliyinin artması nəticəsindədir. Ölkə üzrə epidemioloji vəziyyət diqqətlə izlənilir və müvafiq açılma tədbirləri həyata keçirilir".

H.Hacıyev qeyd edib ki, 17 avqustdan etibarən açıq havada fəaliyyət göstərən kafe və restoranların fəaliyyəti bərpa ediləcək: "Buraya yeyinti məhsullarının istehsalı, satışı və istehlakı ilə bağlı əmlak kompleksləri daxildir. Digər obyektlərin fəaliyyət ilə bağlı bu açılmaların nəticələrindən sonra qərar veriləcək. Burada həm hüquqi, həm də müştərilərimizin ciddi məsuliyyəti var. Bütün qaydalara riayət olunması çox vacib şərtdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...